Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

FED-in siyasəti neftin bahalaşmasını məhdudlaşdırır

© AP Photo / Patrick SemanskyFED-in binası
FED-in binası - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
FED sədri Jerome Povel xəbərdarlıq edib ki, inflyasiyanın son günlər güclənməsi faiz dərəcələrinin bazar gözləntilərindən daha çox artmasına səbəb ola bilər.
BAKI, 9 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar artaraq 82,68 dollar olub. Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 76,67 dollar təşkil edib.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,74 dollar və ya 2% azalaraq 84,73 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalaraq 478,5 milyon barel təşkil edib. Ehtiyatların azalması neftin bahalaşmasına səbəb olub. Digər tərəfdən isə ABŞ Mərkəzi Bankının (FED) sərt siyasəti neftin daha çox bahalaşmasına imkan vermir. FED sədri Jerome Povel xəbərdarlıq edib ki, inflyasiyanın son günlər güclənməsi faiz dərəcələrinin bazar gözləntilərindən daha çox artmasına səbəb ola bilər. Faiz dərəcələrinin artmasının bu il iqtisadi tənəzzülə səbəb ola biləcəyi və bunun da öz növbəsində xam neftə tələbi azaldacağı ilə bağlı narahatlıqları artırıb. Dollar da FED sədrinin açıqlamasından sonra kəskin şəkildə möhkəmlənərək neft bazarlarına daha çox təzyiq göstərib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0