Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elektrik enerjisi qiymətlərinin diferensial olaraq aşağı salınması təklif olunur

© pixabay / succoElektrik dirəyi
Elektrik dirəyi - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Deputat qeyd edib ki, inkişaf etmiş ölkələrdə elektrik enerjisinin gecə və gündüz qiymətləri arasında fərq var.
BAKI, 9 mart — Sputnik. Azərbaycanda elektrik enerjisi qiymətlərinin diferensial olaraq aşağı salınması təklif olunur.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Elektroenergetika haqqında" yeni qanun layihəsini şərh edərkən deyib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrdə elektrik enerjisinin gecə və gündüz qiymətləri arasında fərq var.
"Xüsusilə bu onunla bağlıdır ki, sahibkarlar, fermerlər gecə vaxtı enerjidən daha çox istifadə edirlər. Bu isə onların xərcinin və istehsal edilən məhsulun xərcinin azalmasına gətirib çıxara bilir. Dünya praktikasında elektrik enerjisinin gecə tarifləri gündüz tariflərindən təqribən 25 faiz ucuz olur. Oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsini təklif edirik. Bu, sahibkarların və fermerlərin daha yaxından dəstəklənməsinə imkan verəcək", - deyə deputat bildirib.
O qeyd edib ki, bu qanun layihəsi ümumilikdə elektroenergetika sahəsində münasibətlərin yeni qaydalarla tənzimlənməsinə və islahatların genişləndirilməsinə xidmət edəcək.
"Bu sahədə xüsusi bir qanunun qəbul edilməsinə ehtiyac var. Eyni zamanda bu qanun elektroenergetika sahəsinə özəl sektorun cəlb edilməsinə imkan verəcək. İstehsalın və satışın ayrılması da xərclərin minimallaşdırılması və optimallaşdırılması, hesablılığın və şəffaflığın artırılması, eyni zamanda idarəetmənin təkmilləşdirilməsi baxımından vacib hesab olunur", - deyə deputat əlavə edib (trend.az).
Xatırladaq ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” qanun layihəsini plenar iclasda ikinci oxunuşda təqdim edib.
O bildirib ki, qanun layihəsinin əsas məqsədi elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləmək, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməkdir. O, qeyd edib ki, qanunun qəbulu ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabətli və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0