https://sputnik.az/20230309/bmt-nin-bas-katibi-gurcustanda-qarsidurma-tereflerine-cagiris-edib-452510834.html
BMT-nin baş katibi Gürcüstanda qarşıdurma tərəflərinə çağırış edib
BMT-nin baş katibi Gürcüstanda qarşıdurma tərəflərinə çağırış edib
Sputnik Azərbaycan
BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq deyib ki, Baş katib söz azadlığının, medianın maneəsiz işləməsinin, azadlığın vacibliyini vurğulayır. 09.03.2023, Sputnik Azərbaycan
2023-03-09T12:20+0400
2023-03-09T12:20+0400
2023-03-09T12:23+0400
dünya xəbərləri
bmt
gürcüstan
antonio quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
https://cdnn1.img.sputnik.az/img/07e7/03/09/452510557_0:120:1280:840_1920x0_80_0_0_c4c3e6c0404d7c5878287983ec6e23d3.jpg
BAKI, 9 mart — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Gürcüstandakı qarşıdurma tərəflərini gərginliyin artmasına səbəb olan addımlardan çəkinməyə çağırıb. Bunu RİA Novosti-yə BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq deyib. "Baş katib Gürcüstandakı vəziyyəti izləyir. O, tərəfləri gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır. Baş katib söz azadlığının, medianın maneəsiz işləməsinin, azadlığın vacibliyini vurğulayır. Vətəndaş cəmiyyətini dəstəkləyir və insanların dinc etiraz etmək hüququnu xatırladır", - Haq deyib. Martın 7-də səhər saatlarında Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyaları başlayıb. Etirazçılar həmin gün birinci oxunuşda qəbul edilən "Xarici agentlər haqqında" qanun layihəsinin qəbul edilməsinə qarşı çıxıblar. Xatırladaq ki, Gürcüstan parlamentinə “xarici agentlər haqqında” qanun layihəsi daxil olub, ona əsasən ölkədə qeyri-hökumət təşkilatları, KİV və xarici dövlətdən maliyyə alan qurumların reyestrinin yaradılması təklif edilir. Qanun layihəsinin təşəbbüskarları iddia edirlər ki, bu, Amerika qanununun yumşaldılmış variantıdır. Müxalifət, eləcə də ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan daha əvvəl bildirmişdilər ki, qanun layihəsinin ABŞ qanunlarına heç bir aidiyyəti yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/09/452510557_0:0:1280:960_1920x0_80_0_0_c2428caa7ab378387551545dfc8500e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt, gürcüstan, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
bmt, gürcüstan, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
BMT-nin baş katibi Gürcüstanda qarşıdurma tərəflərinə çağırış edib
12:20 09.03.2023 (Yenilənib: 12:23 09.03.2023) BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq deyib ki, Baş katib söz azadlığının, medianın maneəsiz işləməsinin, azadlığın vacibliyini vurğulayır.
BAKI, 9 mart — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Gürcüstandakı qarşıdurma tərəflərini gərginliyin artmasına səbəb olan addımlardan çəkinməyə çağırıb. Bunu RİA Novosti-yə BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq deyib.
"Baş katib Gürcüstandakı vəziyyəti izləyir. O, tərəfləri gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır. Baş katib söz azadlığının, medianın maneəsiz işləməsinin, azadlığın vacibliyini vurğulayır. Vətəndaş cəmiyyətini dəstəkləyir və insanların dinc etiraz etmək hüququnu xatırladır", - Haq deyib.
Martın 7-də səhər saatlarında Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyaları başlayıb. Etirazçılar həmin gün birinci oxunuşda qəbul edilən "Xarici agentlər haqqında" qanun layihəsinin qəbul edilməsinə qarşı çıxıblar.
Xatırladaq ki, Gürcüstan parlamentinə “xarici agentlər haqqında” qanun layihəsi daxil olub, ona əsasən ölkədə qeyri-hökumət təşkilatları, KİV və xarici dövlətdən maliyyə alan qurumların reyestrinin yaradılması təklif edilir. Qanun layihəsinin təşəbbüskarları iddia edirlər ki, bu, Amerika qanununun yumşaldılmış variantıdır. Müxalifət, eləcə də ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan daha əvvəl bildirmişdilər ki, qanun layihəsinin ABŞ qanunlarına heç bir aidiyyəti yoxdur.