Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Amerikalılar Putini özlərinin prezidenti görmək istəyirlər

© Sputnik / Александр ВильфPutin
Putin - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Amerikalılar Putinin simasında öz ölkəsinə və xalqlına Amerika hakimiyyətinin öz ölkə və xalqına göstərdiyi qayğıdan daha çox diqqət və qayğı göstərən bir insan və lider görməyə başlayıblar.
ABŞ-da seçkiqabağı yarış gözlənilməz bir dönüş alıb. Amerikalılar kimin - Bayden, yoxsa, Trampın daha pis olduğu barədə mübahisə etməkdən beziblər".
"The American Thinker" nəşrinin yazdığına görə, "Ölkəmizin bir çox vətəndaşı, Putin kimi bir insanı lider kimi görmək istəyir."
Hörmətli bir internet resursu qeyd edib ki, bütün rusofob təbliğatına baxmayaraq Rusiya prezidentinin populyarlığı adi amerikalılar arasında artır: "Bütün nümayişkaranə döyüşkənliyinin arxasında amerikalılar Putinin simasında öz ölkəsinə və xalqlına Amerika hakimiyyətinin öz ölkə və xalqına göstərdiyi qayğıdan daha çox diqqət və qayğı göstərən bir insan və lider görməyə başlayıblar."
Tutaq ki, "American Thinker" mühafizəkar bir nəşrdir. Lakin Britaniyanın liberal "Guardian"ı eynisini etiraf etməyə məcburdur. Mühafizəkar siyasi hərəkətlərin yenicə başa çatmış konfransında amerikalılar daim Putini Baydenə qarşı qoydular, dempartiyadan olan "müharibə qızışdırıcılarını" danladılar və Ukraynaya silah tədarükünün və sel kimi axan pul köçürmələrinin dayandırılmasını tələb etdilər.
"Putin mənim xoşuma gəlir," – deyə konfrans iştirakçısı "The Guardian"a fikrini bildirib. - "Düşünürəm ki, onun cəsarəti var və öz ölkəsinə qayğı göstərir."

Rusiya liderinə belə bir sevgi birdən-birə haradan yaranıb? Bizim insana bu, bir az şübhəli görünə bilər. Sovet İttifaqını məhv etdikləri illərdə Amerika mediasının Sovet liderlərinə allahsızlıqla necə yaltaqlandığını çox yaxşı xatırlayırıq.

Ancaq bu gün hər şey tam əksinədir. Rəsmi Anglo-Sakson mediasında Putin hələ də "həkim şər" kimi təsvir edilib. Ancaq ABŞ-dakı kütlələr ona daha mürəkkəb şəkildə yanaşırlar. Rusiya prezidentinə olan amerikalı sevginin partlamasına səbəb isə, nə qədər paradoksal olsa da, Rusiyanın düşmənlərinə qarşı son dərəcə sərt mövqeyi ilə təhrik olunur.
Bir həftə əvvəl Rusiyanın strateji nüvə silahlarının məhdudlaşdırılması müqaviləsində iştirakının dayandırılması barədə qərarı amerikalı tərəfdaşlara rəsmi olaraq çatdırıldı. Bu, sanki bomba partlayırmış kimi təəssürat yaratdı. Strateji rəqiblərimizin bu hərəkətə cavabı, hələ ki, yoxdur.
Lakin onlar çox tez başa düşdülər ki, Rusiya rəhbərliyinin xəbərdarlıqları heç də blef deyil. Əvvəllər bəzi "ekspertlər" iddia edirdilər ki, Rusiyanın bəyanatlarına diqqət yetirmək lazım deyil. Bu gün belə "mütəxəssislər" öz həmkarları tərəfindən avantürizmə görə qınanırlar.

Beləliklə, ABŞ-ın geniş kütlələri maraqlı bir dilemma ilə üzləşiblər. Ölkənin rəhbəri - onların strateji düşməni Ağ Evə Ukrayna münaqişəsinə qarışmamaq barədə açıq xəbərdarlıq edir, əks halda bu, nüvə müharibəsinə səbəb ola bilər. Yəni Putin milyonlarla insanın taleyinə görə məsuliyyət daşıyır və qayğı göstərir.

Eyni zamanda, onların öz lideri milyonlarla adi amerikalının onun bu avantüraları üçün pul ödəməli olduğuna tüpürərək inadla Ukraynaya girişməyə davam edir. Ağ Evin sahibi ABŞ sakinlərini radioaktiv sobaya atmağa hazırdır, onun özü isə həmin vaxt oğlu ilə birlikdə bunkerdə oturacaq.
Bu yerdə, hələ üstəlik, Zelenski amerikalıların öz oğul və qızlarını "Ukrayna uğrunda ölməyə" göndərməli olduğu fikri ilə özünü ortalığa atdı. Co Bayden isə onun iplərini çəkməyə heç cəhd də etmədi.
Bir bunker almaq və ya Yeni Zelandiyaya getmək üçün pulu olmayan sadə amerikalılar onların gələcək həyatları, eləcə də dünyanın gələcəyi ilə yalnız Rusiya prezidentinin maraqlandığını görürlər. Hakimiyyətə necə gəldikləri bəlli olmayan onların öz liderləri isə, bütün insanlığı nüvə müharibəsinin ocağına atmağa hazırdır. Təbii ki, amerikalılar sosial şəbəkələrdə "Putin kimi birini istəyirik" üslubunda danışırlar.
Daha bir vacib amil var. Rusiyanın "Strateji hücum silahlarının azaldılması müqaviləsi"ndən çıxmaq barədə qərarı, Amerika axtarış saytlarında "Rusiyanın neçə strateji raketi var" və "rus raketləri ABŞ-a nə qədər vaxta çata biləcək" mövzusunda sorğuların kəskin artmasına səbəb oldu. Bununla yanaşı, milyonlarla amerikalı onların dövləti ilə bərabər gücə malik dövlətlə üzləşdiklərini başa düşdülər.
Bundan əvvəl onlar yalnız zəif ordusu və korrupsioner elitaları olan nüvə silahı olmayan ölkələrlə vuruşurdular. Bu ölkələrin sakinləri, ümumiyyətlə, adam yerinə qoyulmur, sadəcə olaraq öz-özünə cikkildəyən müstəmləkə heyvanları kimi qəbul edilirdilər.
Güc baxımından bərabər olan bir ölkənin nümayəndələrinə münasibət isə tamamilə fərqlidir. Rusiyanın "sirri" və rus ruhunun sirri ilə bağlı bütün müstəmləkə yanaşmaları dərhal sona çatdı. Rusiyalıların timsalında bərabər rəqiblər görən amerikalılar, özlərini onların yerinə qoydular və rusiyalıların öz maraqlarının ola biləcəyini qəbul etməyi bacardılar.

Onilliklər ərzində liberallarımız Rusiyanın hərbçiliyinin onu bütün ölkələrlə mübahisə etdirə biləcəyi mövzusunda zarıyırdılar. Əslində isə bu, tamamilə əksinə işləyir. Gücün inandırıcı nümayişi hörmətə səbəb olur, hörmətdən sonra maraqların tanınması gəlir və sonra "sülh, dostluq, saqqız" yarana bilər. Yalnız bu qaydada — başqa heç cür mümkün deyil.

Təəccüblənən müşahidəçilər nifrətin sevgiyə çevrilməsinin ən radikal nümunəsini müharibədən sonrakı Yaponiyada gördülər. Xirosimanın, Naqasakinin, Tokionun qeyri-insani dağıdılması paradoksal olaraq partizan müharibəsinə deyil, Amerikaya isterik heyranlığa səbəb oldu. Konstantin Simonovun bu fenomenlə bağlı çox parlaq xatirələri var - o, müharibədən dərhal sonra Yaponiyada idi.
Rusiyanın Amerika qədər qəddar davranmasına ehtiyac yoxdur. Sadəcə "Strateji hücum silahlarının azaldılması müqaviləsi"ndə iştirakımızın dayandırıldığını bildirməyimiz kifayət etdi. Hazırda isə rəsmi medianın bütün yalanlarına baxmayaraq, Amerikanın geniş kütlələri Prezident Putinə qarşı hərarətlə doludur. "Newsmax" telekanalı isə öz saytında Dmitri Medvedevin Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində iştirakının dayandırılması ilə bağlı yazısını yenidən dərc edib. Bu məqalədə heç bir tənqid yoxdur - jurnalistlər, sadəcə olaraq, Rusiyanın eks-prezidentinin "bizim özümüzü bütün növ silahlarla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var" sözlərini sitat gətirirlər.
Xəbər lenti
0