Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: Latviya Prezidentinin səfəri sıx əməkdaşlığımızın təzahürüdür

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 08.03.2023
Abunə olmaq
İlham Əliyev bildirib ki, Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir.
BAKI, 8 mart - Sputnik. Bizim çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında bildirib.
“Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
İlham Əliyev əlavə edib ki, "Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır".
Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”.
Xəbər lenti
0