https://sputnik.az/20230308/kend-teserrufati-mehsullarinin-istehsal-xercleri-artib---bazarda-qiymet-nece-olacaq-452321403.html
Kənd təsərrüfatı məhsullarının istehsal xərcləri artıb - Bazarda qiymət necə olacaq?
Kənd təsərrüfatı məhsullarının istehsal xərcləri artıb - Bazarda qiymət necə olacaq?
Sputnik Azərbaycan
Aylıq müqayisə ilə yanaşı illik müqayisədə də ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yüksəlib. İqtisadçı-ekspert istehsal xərclərin... 08.03.2023, Sputnik Azərbaycan
2023-03-08T20:09+0400
2023-03-08T20:09+0400
2023-03-08T20:09+0400
kənd
iqtisadiyyat
dövlət statistika komitəsi
statistika
https://cdnn1.img.sputnik.az/img/42330/92/423309288_0:160:3073:1888_1920x0_80_0_0_e949ab46326dadc2abbd89333c294680.jpg
BAKI, 8 mart — Sputnik. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal xərclərində artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında 2022-ci ilin dekabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 2,9 faiz, o cümlədən birillik bitkilər üzrə 3,4 faiz, çoxillik bitkilər üzrə 5,5 faiz, heyvandarlıq məhsulları üzrə 2 faiz yüksəlib. Aylıq müqayisə ilə yanaşı illik müqayisədə də kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb. Belə ki, bu ilin yanvarında illik müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 11 faiz, o cümlədən birillik bitkilər üzrə 9,6 faiz, çoxillik bitkilər üzrə 8,7 faiz, heyvandarlıq məhsulları üzrə 12 faiz yüksəlib. Bəs maraqlıdır, istehsal xərclərin artması pərakəndə bazarda kənd təsərrüfatı məhsullarının qiymətlərinə necə təsir edəcək? İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvar ayında dekabra görə də kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətində, yəni istehsal xərclərində artım davam edib: "Kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin artmasının bir neçə səbəbi var. Birincisi, bu sahədə istifadə olunan resursların qiymətinin qalxmasıdır. Ən mühüm məsələ gübrə və dərman xərcləridir. Bu istiqamətdə ölkəmiz yerli istehsal hesabına öz tələbatını tam ödəyə bilmir. Dünya bazarlarında gübrə və dərmanların qiymətləri bahalaşıb". "İşçilərin xərcləri artıb" O bildirib ki, digər səbəb bu sahədə çalışanlar ilə bağlı xərclərdir. İşçinin əməkhaqqısı qalxanda birmənalı şəkildə istehsal olunmuş məhsulun maya dəyəri artır. Bu da qiymətlərin artmasına gətirib çıxardır. Başqa sözlə, işçilərin xərcləri, həmçinin kommunal xərclər artıb. Digər tərəfdən, pulun alıcılıq qabiliyyəti azalıb, məsələn, sahibkar əvvəl 10 manat qazanırdısa, indi 12 manat qazanmalıdır ki, əvvəlki gəlirə ekvivalent olsun. "İstehsal xərclərinin artması qiymətlərə də təsir göstərəcək" İqtisadçı diqqətə çatdırıb ki, son 10 ayda dünyada ərzaq qiymətləri pik həddən 18 faiz aşağı düşüb: "Taxıl, ət, süd və digər məhsullarda ucuzlaşma var. Amma təəssüf ki, Azərbaycanda hələlik qiymətlərin aşağı düşməsini müşahidə etmirik. Dünya bazarlarındakı qiymətlər Azərbaycan bazarına nə zaman təzyiq edərsə, həmin vaxt qiymətlərdə stabilləşmə görə biləcəyik. Lakin istehsal xərclərinin artması alıcılar üçün pisdir. İstehsal xərclərinin artması qiymətlərə də təsir göstərəcək". "İdxalın bahalaşması imkan verir ki, yerli sahibkar da qiyməti artırsın. İdxal məhsulların qiyməti aşağı düşəndə yerli fermer qiyməti istədiyi kimi qaldıra bilməz. Dövlət tərəfindən də kənd təsərrüfatına kifayət qədər subsidiyalar ayrılır", - deyə o əlavə edib. İstehlak bazarında qiymətlərin dəyişməsi Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz artıb. 2023-cü ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,2 faiz yüksəlib. Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42330/92/423309288_170:0:2901:2048_1920x0_80_0_0_c35ca86c86b9bc40ddb1b5192af4a162.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd, dövlət statistika komitəsi, statistika
kənd, dövlət statistika komitəsi, statistika
Kənd təsərrüfatı məhsullarının istehsal xərcləri artıb - Bazarda qiymət necə olacaq?
Aylıq müqayisə ilə yanaşı illik müqayisədə də ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yüksəlib. İqtisadçı-ekspert istehsal xərclərin artmasının səbəbləri və onun istehlak bazarında qiymətlərə təsirləri barədə danışıb.
BAKI, 8 mart — Sputnik. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal xərclərində artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında 2022-ci ilin dekabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 2,9 faiz, o cümlədən birillik bitkilər üzrə 3,4 faiz, çoxillik bitkilər üzrə 5,5 faiz, heyvandarlıq məhsulları üzrə 2 faiz yüksəlib.
Aylıq müqayisə ilə yanaşı illik müqayisədə də kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb. Belə ki, bu ilin yanvarında illik müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 11 faiz, o cümlədən birillik bitkilər üzrə 9,6 faiz, çoxillik bitkilər üzrə 8,7 faiz, heyvandarlıq məhsulları üzrə 12 faiz yüksəlib.
Bəs maraqlıdır, istehsal xərclərin artması pərakəndə bazarda kənd təsərrüfatı məhsullarının qiymətlərinə necə təsir edəcək?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvar ayında dekabra görə də kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətində, yəni istehsal xərclərində artım davam edib: "Kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin artmasının bir neçə səbəbi var. Birincisi, bu sahədə istifadə olunan resursların qiymətinin qalxmasıdır. Ən mühüm məsələ gübrə və dərman xərcləridir. Bu istiqamətdə ölkəmiz yerli istehsal hesabına öz tələbatını tam ödəyə bilmir. Dünya bazarlarında gübrə və dərmanların qiymətləri bahalaşıb".
"İşçilərin xərcləri artıb"
O bildirib ki, digər səbəb bu sahədə çalışanlar ilə bağlı xərclərdir. İşçinin əməkhaqqısı qalxanda birmənalı şəkildə istehsal olunmuş məhsulun maya dəyəri artır. Bu da qiymətlərin artmasına gətirib çıxardır. Başqa sözlə, işçilərin xərcləri, həmçinin kommunal xərclər artıb. Digər tərəfdən, pulun alıcılıq qabiliyyəti azalıb, məsələn, sahibkar əvvəl 10 manat qazanırdısa, indi 12 manat qazanmalıdır ki, əvvəlki gəlirə ekvivalent olsun.
"İstehsal xərclərinin artması qiymətlərə də təsir göstərəcək"
İqtisadçı diqqətə çatdırıb ki, son 10 ayda dünyada ərzaq qiymətləri pik həddən 18 faiz aşağı düşüb: "Taxıl, ət, süd və digər məhsullarda ucuzlaşma var. Amma təəssüf ki, Azərbaycanda hələlik qiymətlərin aşağı düşməsini müşahidə etmirik. Dünya bazarlarındakı qiymətlər Azərbaycan bazarına nə zaman təzyiq edərsə, həmin vaxt qiymətlərdə stabilləşmə görə biləcəyik. Lakin istehsal xərclərinin artması alıcılar üçün pisdir. İstehsal xərclərinin artması qiymətlərə də təsir göstərəcək".
"İdxalın bahalaşması imkan verir ki, yerli sahibkar da qiyməti artırsın. İdxal məhsulların qiyməti aşağı düşəndə yerli fermer qiyməti istədiyi kimi qaldıra bilməz. Dövlət tərəfindən də kənd təsərrüfatına kifayət qədər subsidiyalar ayrılır", - deyə o əlavə edib.
İstehlak bazarında qiymətlərin dəyişməsi
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz artıb.
2023-cü ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,2 faiz yüksəlib.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.