https://sputnik.az/20230308/cagiris-yoxsa-ehtiyac-xezer-bolgesi-gemiqayirma-merkezine-cevrile-bilermi-452464429.html
Çağırış, yoxsa, ehtiyac: Xəzər bölgəsi gəmiqayırma mərkəzinə çevrilə bilərmi?
Çağırış, yoxsa, ehtiyac: Xəzər bölgəsi gəmiqayırma mərkəzinə çevrilə bilərmi?
Sputnik Azərbaycan
Son illər Xəzər dənizində gəmiqayırma imkanları artır. Ölkələr arasında bu sahədə əməkdaşlıq isə ümumilikdə regionun mülki dəniz donanmasını artırmağa imkan... 08.03.2023, Sputnik Azərbaycan
2023-03-08T09:01+0400
2023-03-08T09:01+0400
2023-03-08T09:01+0400
gəmi
iqtisadiyyat
xəzər dənizi
https://cdnn1.img.sputnik.az/img/42307/86/423078688_185:620:2499:1922_1920x0_80_0_0_9197964950b87a4121e12e6e64cd16c9.jpg
BAKI, 8 mart — Sputnik. Dəniz daşımalarının xüsusi əhəmiyyət kəsb etdiyi və iqtisadiyyatın ən gəlirli sektoru olduğu bir dövrdə gəmilərin tikintisi və istismarı Xəzər regionu üçün də perspektivli əməkdaşlıq sahələrindən birinə çevrilir. Ötən həftə Bakı gəmiqayırma zavodunun rəhbərliyi Türkmənbaşıdakı "Balkan" gəmiqayırma və gəmi təmiri zavodunda işgüzar səfərdə olub. Səfər zamanı gəmiqayırma sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Bundan əvvəl Rusiya Federasiyasının Həştərxan vilayəti də Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın mümkünlüyü barədə məlumat vermişdi. Belə ki, ötən ilin noyabrında Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Həştərxan vilayətinin sənaye və təbii sərvətlər naziri İlya Volınski qeyd edib ki, təmsil etdiyi rayonun gəmiqayırma müəssisələri lazımi istehsal bazasına, təcrübəli kadrlara və Xəzər dənizinin şelfində kompleks tikinti layihələrinin həyata keçirilməsi, habelə dənizdə neft və qaz yataqlarının işlənməsi üçün irihəcmli qurğuların daşınması və quraşdırılması üzrə səlahiyyətlərə malikdir. Bundan əlavə, "Lotos" Xüsusi iqtisadi zonasının (XİZ) baş direktoru Sergey Miluşkin bir müddət əvvəl "Sputnik Azərbaycan"a müsahibəsində bildirib ki, iqtisadi zonanın rezidenti olan "Lotos" gəmiqayırma zavodu gəmilərin birgə inşasında Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bakı gəmiqayırma zavodunun imkanları Bakı gəmiqayırma zavodu 2011-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və "Keppel Offshore & Marine" şirkətləri ilə birgə inşa edilib. Zavodun layihə gücü ildə 25 min ton hazır metal konstruksiyadır. SOCAR-la yanaşı, zavodun əsas sifarişçiləri arasında "Azərbaycan Xəzər dəniz gəmiçiliyi" (ASCO) da var ki, onlar üçün zavodda bir sıra kimyəvi tankerlər və iki bərə tikilib. Bundan əlavə, SOCAR üçün 50 ton çəkmə gücünə malik yedək gəmisi, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun yuxarı blokları pontonları və üst blokları tikilib. Zavodda, həmçinin, "Zəfər", "Ufuq" və "Turan"kimi sərnişin gəmiləri də layihələndirilib və inşa edilib. Qeyd edək ki, gəmiqayırma zavodu Qaradağ Sənaye Parkının rezidenti olduğu üçün zavod istehsal avadanlıqlarının idxalı zamanı əmlak vergisi, torpaq vergisi və mənfəət vergisi, habelə gömrük rüsumları və ƏDV-dən azaddır. Bundan əlavə, zavodun fəaliyyəti çərçivəsində Türkmənistan və Qazaxıstan gəmilərinin təmirinə görə ƏDV-nin ləğvi məsələsinə baxılır. Xəzərdə gəmiqayırma imkanları Ümumilikdə, Xəzəryanı ölkələrdə liman potensialının aktiv artımı ilə yanaşı, gəmiqayırma və təmir zavodları da inkişaf edir. Belə ki, Türkmənbaşıdakı "Balkan" zavodunun gəmiqayırma zavodunun gücü ildə orta hesabla beş orta tonluq gəmi tikmək üçün nəzərdə tutulub, emal olunmuş poladın illik həcmi 10 min ton təşkil edir. Eyni zamanda, məsələn, Qazaxıstanda gəmiqayırma daha çox hərbi və sənaye sahələrinə yönəldilsə də, ölkədə mülki gəmilərin istehsalına da başlamaq planlaşdırılır. Belə ki, ötən il ölkə hakimiyyəti respublikanın on gəmidən ibarət öz bərə donanmasını qurmağı planlaşdırdığını bəyan edib. 2030-cu ilə qədər Qazaxıstanın Xəzərdə on neft barjası, səkkiz bərə, altı tanker və bir konteyner gəmisinin fəaliyyətə başlayacağı gözlənilir. Xəzər dənizində Rusiyanın gəmiqayırma sahəsinə gəlincə, Həştərxan vilayətində quru yük gəmiləri, tankerlər, sərnişin və yardımçı donanma gəmiləri, kran gəmiləri inşa edən ona yaxın iri və orta gəmiqayırma və gəmi təmiri müəssisəsi var. Bundan əlavə, Həştərxan gəmiqayırma zavodlarında şelf yataqlarının işlənməsi üçün dəniz hidrotexniki qurğularının tikintisi də aparılır. Həştərxan vilayətinin gəmiqayırma və gəmi təmiri müəssisələrinin ümumi metal emalı gücü ildə 90 min tona qədərdir. Rayonun gəmiqayırma müəssisələri iri və texniki cəhətdən mürəkkəb gəmilərin tikintisi və təmiri üzrə Xəzəryanı dövlətlərdən olan tərəfdaşların sifarişlərini də yerinə yetirirlər. Qeyd edək ki, İranda gəmiqayırma sənayesi uzun illərdir ki, Qərbin sanksiyaları şəraitində kifayət qədər uğurla inkişaf edir. İran mülki donanmanı genişləndirmək üçün Həştərxan gəmiqayırma zavodlarında gəmilərin tikintisini sifariş verməyi planlaşdırır. Belə ki, İran İslam Respublikasının Birləşmiş Gəmiqayırma Korporasiyası ötən ilin sonunda Xəzər dənizində istismar üçün konteyner gəmilərinin layihələndirilməsi və tikintisi üzrə işlərin aparıldığını elan edib. Həştərxanın gəmiqayırma zavodlarında dənizdə işləməkdən ötrü dörd konteyner gəmisinin tikintisi üçün sifariş verilməsi planlaşdırılır. Xəzərdə gəmiqayırma inkişaf edəcək "Yeni Cəmiyyət İnstitutu"nun "Siyasi İqtisadi Araşdırmalar Mərkəzi"nin rəhbəri Vasili Koltaşovun fikrincə, Xəzər dənizi marşrutu Rusiyanın Xəzəryanı ölkələrlə ticarəti, Hindistan və Pakistana tranzit üçün böyük imkanlar açır və ümumilikdə Rusiya mallarının Hind okeanı ərazisinə çıxmasına imkan verir. Ona görə də iqtisadçı hesab edir ki, Xəzərdə gəmiqayırma inkişaf edəcək və bütün Xəzəryanı ölkələr bu sahədə iştirak edəcəklər. Ümumiyyətlə isə, ekspert hesab edir ki, Xəzərin bir magistral kimi intensiv inkişaf dövrünə qədəm qoyur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/86/423078688_337:548:2274:2000_1920x0_80_0_0_821b62f6c71d315fe1985f8bd7a0d45d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
gəmi, xəzər dənizi
Çağırış, yoxsa, ehtiyac: Xəzər bölgəsi gəmiqayırma mərkəzinə çevrilə bilərmi?
Son illər Xəzər dənizində gəmiqayırma imkanları artır. Ölkələr arasında bu sahədə əməkdaşlıq isə ümumilikdə regionun mülki dəniz donanmasını artırmağa imkan verir.
BAKI, 8 mart — Sputnik. Dəniz daşımalarının xüsusi əhəmiyyət kəsb etdiyi və iqtisadiyyatın ən gəlirli sektoru olduğu bir dövrdə gəmilərin tikintisi və istismarı Xəzər regionu üçün də perspektivli əməkdaşlıq sahələrindən birinə çevrilir.
Ötən həftə Bakı gəmiqayırma zavodunun rəhbərliyi Türkmənbaşıdakı "Balkan" gəmiqayırma və gəmi təmiri zavodunda işgüzar səfərdə olub. Səfər zamanı gəmiqayırma sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Bundan əvvəl Rusiya Federasiyasının Həştərxan vilayəti də Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın mümkünlüyü barədə məlumat vermişdi. Belə ki, ötən ilin noyabrında Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Həştərxan vilayətinin sənaye və təbii sərvətlər naziri İlya Volınski qeyd edib ki, təmsil etdiyi rayonun gəmiqayırma müəssisələri lazımi istehsal bazasına, təcrübəli kadrlara və Xəzər dənizinin şelfində kompleks tikinti layihələrinin həyata keçirilməsi, habelə dənizdə neft və qaz yataqlarının işlənməsi üçün irihəcmli qurğuların daşınması və quraşdırılması üzrə səlahiyyətlərə malikdir.
Bundan əlavə, "Lotos" Xüsusi iqtisadi zonasının (XİZ) baş direktoru Sergey Miluşkin bir müddət əvvəl "Sputnik Azərbaycan"a müsahibəsində bildirib ki, iqtisadi zonanın rezidenti olan "Lotos" gəmiqayırma zavodu gəmilərin birgə inşasında Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Bakı gəmiqayırma zavodunun imkanları
Bakı gəmiqayırma zavodu 2011-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və "Keppel Offshore & Marine" şirkətləri ilə birgə inşa edilib. Zavodun layihə gücü ildə 25 min ton hazır metal konstruksiyadır. SOCAR-la yanaşı, zavodun əsas sifarişçiləri arasında "Azərbaycan Xəzər dəniz gəmiçiliyi" (ASCO) da var ki, onlar üçün zavodda bir sıra kimyəvi tankerlər və iki bərə tikilib. Bundan əlavə, SOCAR üçün 50 ton çəkmə gücünə malik yedək gəmisi, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun yuxarı blokları pontonları və üst blokları tikilib.
Zavodda, həmçinin, "Zəfər", "Ufuq" və "Turan"kimi sərnişin gəmiləri də layihələndirilib və inşa edilib.
Qeyd edək ki, gəmiqayırma zavodu Qaradağ Sənaye Parkının rezidenti olduğu üçün zavod istehsal avadanlıqlarının idxalı zamanı əmlak vergisi, torpaq vergisi və mənfəət vergisi, habelə gömrük rüsumları və ƏDV-dən azaddır.
Bundan əlavə, zavodun fəaliyyəti çərçivəsində Türkmənistan və Qazaxıstan gəmilərinin təmirinə görə ƏDV-nin ləğvi məsələsinə baxılır.
Xəzərdə gəmiqayırma imkanları
Ümumilikdə, Xəzəryanı ölkələrdə liman potensialının aktiv artımı ilə yanaşı, gəmiqayırma və təmir zavodları da inkişaf edir. Belə ki, Türkmənbaşıdakı "Balkan" zavodunun gəmiqayırma zavodunun gücü ildə orta hesabla beş orta tonluq gəmi tikmək üçün nəzərdə tutulub, emal olunmuş poladın illik həcmi 10 min ton təşkil edir.
Eyni zamanda, məsələn, Qazaxıstanda gəmiqayırma daha çox hərbi və sənaye sahələrinə yönəldilsə də, ölkədə mülki gəmilərin istehsalına da başlamaq planlaşdırılır. Belə ki, ötən il ölkə hakimiyyəti respublikanın on gəmidən ibarət öz bərə donanmasını qurmağı planlaşdırdığını bəyan edib. 2030-cu ilə qədər Qazaxıstanın Xəzərdə on neft barjası, səkkiz bərə, altı tanker və bir konteyner gəmisinin fəaliyyətə başlayacağı gözlənilir.
Xəzər dənizində Rusiyanın gəmiqayırma sahəsinə gəlincə, Həştərxan vilayətində quru yük gəmiləri, tankerlər, sərnişin və yardımçı donanma gəmiləri, kran gəmiləri inşa edən ona yaxın iri və orta gəmiqayırma və gəmi təmiri müəssisəsi var.
Bundan əlavə, Həştərxan gəmiqayırma zavodlarında şelf yataqlarının işlənməsi üçün dəniz hidrotexniki qurğularının tikintisi də aparılır.
Həştərxan vilayətinin gəmiqayırma və gəmi təmiri müəssisələrinin ümumi metal emalı gücü ildə 90 min tona qədərdir. Rayonun gəmiqayırma müəssisələri iri və texniki cəhətdən mürəkkəb gəmilərin tikintisi və təmiri üzrə Xəzəryanı dövlətlərdən olan tərəfdaşların sifarişlərini də yerinə yetirirlər.
Qeyd edək ki, İranda gəmiqayırma sənayesi uzun illərdir ki, Qərbin sanksiyaları şəraitində kifayət qədər uğurla inkişaf edir. İran mülki donanmanı genişləndirmək üçün Həştərxan gəmiqayırma zavodlarında gəmilərin tikintisini sifariş verməyi planlaşdırır. Belə ki, İran İslam Respublikasının Birləşmiş Gəmiqayırma Korporasiyası ötən ilin sonunda Xəzər dənizində istismar üçün konteyner gəmilərinin layihələndirilməsi və tikintisi üzrə işlərin aparıldığını elan edib. Həştərxanın gəmiqayırma zavodlarında dənizdə işləməkdən ötrü dörd konteyner gəmisinin tikintisi üçün sifariş verilməsi planlaşdırılır.
Xəzərdə gəmiqayırma inkişaf edəcək
"Yeni Cəmiyyət İnstitutu"nun "Siyasi İqtisadi Araşdırmalar Mərkəzi"nin rəhbəri Vasili Koltaşovun fikrincə, Xəzər dənizi marşrutu Rusiyanın Xəzəryanı ölkələrlə ticarəti, Hindistan və Pakistana tranzit üçün böyük imkanlar açır və ümumilikdə Rusiya mallarının Hind okeanı ərazisinə çıxmasına imkan verir.
Ona görə də iqtisadçı hesab edir ki, Xəzərdə gəmiqayırma inkişaf edəcək və bütün Xəzəryanı ölkələr bu sahədə iştirak edəcəklər.
"Bütün ehtimallara görə, Xəzər dənizi marşrut kimi çox intensiv inkişaf edəcək. Ona görə də yaxın illərdə bu istiqamətdə müxtəlif ölkələr arasında sazişlərin inkişafını gözləmək olar. Xüsusilə, Rusiya ilə İran arasında əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Nəticə etibarı ilə bu marşrut su nəqliyyatı vasitələri ilə sürətlə doldurulacaq ki, daşınma üçün yeni həcmdə yükləri qəbul edə bilsin", - deyə Koltaşov "Sputnik Azərbaycan"a bildirib.
Ümumiyyətlə isə, ekspert hesab edir ki, Xəzərin bir magistral kimi intensiv inkişaf dövrünə qədəm qoyur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.