Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Bono: "Azərbaycanla Ermənistanın sülh sazişinin mətnini özlərinin hazırlamasını istəyirik”

© AFP 2024 / DANIEL SLIMABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan, 1920, 08.03.2023
Abunə olmaq
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur
BAKI, 8 mart - Sputnik. "Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis L.Bono deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur: “Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən başqa yol görmürük. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır”.
L.Bono bildirib ki, tərəflər sülh müqaviləsinin mətnini və şərtlərini özləri hazırlamalıdırlar: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür".
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib - Sputnik Azərbaycan, 1920, 06.03.2023
SİYASƏT
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib
Xəbər lenti
0