https://sputnik.az/20230308/bedeninde-100-qelpe-gezdiren-xalq-artisti---vdeo-452465162.html
Bədənində 100 qəlpə gəzdirən Xalq artisti - VİDEO
Bədənində 100 qəlpə gəzdirən Xalq artisti - VİDEO
Sputnik Azərbaycan
Şükufə xanım Şuşaya qayıdıb teatrda fəaliyyətini davam etdirməyi düşünür. Hətta orada Tomris obrazını canlandırmaq arzusundadır. 08.03.2023, Sputnik Azərbaycan
2023-03-08T12:01+0400
2023-03-08T12:01+0400
2023-03-08T12:01+0400
xalq artisti
mədəniyyət
qadın
qazi
aktrisa
laçın
şuşa
https://cdnn1.img.sputnik.az/img/07e7/03/07/452464992_0:0:1199:674_1920x0_80_0_0_b0e4e5092f0c352d673ecff59d346b45.jpg
BAKI, 8 mart — Sputnik. Azərbaycan qadını bütün dövrlərdə öz mübarizliyi ilə fərqlənib. Mübarizliyi, qorxmazlığı ilə yaddaşlarda qalan qadınlarımızdan biri də ötən əsrin 90-cı illərində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən, qazi, Xalq artisti, Şuşa Dövlət Dram Teatrının aktrisası Şükufə Musayevadır. Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğum müddətdə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq teatrındakı tamaşalara dəvət alır. 1988-ci ildə Qarabağ müahirəsi başlayanda texnikumu bitirir və Şuşa Mədəniyyət Evinə təyinat istəyir. O zaman hələ Şuşa Teatrı yox idi. 90-cı illərdə Şuşa Dövlət Dram Teatrı açılır və Şükufə xanım oranın aktrisalarından biri olur.Özü bərdəli olsa da, ruhən özünü şuşalı sanan aktrisa doğma şəhərin işğalına dözmür, könüllü müharibəyə qoşulur. Artıq hamı ona bir aktrisa, bir xanım kimi yox, döyüşçü kimi yanaşırdı. Ailəsi də ona qarşı çıxmır:1992-ci il martın 17-də sənəd üçün Şuşadakı fotostudiyalardan birinə şəkil çəkdirməyə gedir. Qəfil ermənilər şəhəri bombalayırlar. Həmin vaxt Şükufə xanımın olduğu binanı da vururlar:"Can şirindir, atışma olan vaxt fotoqraf qaçıb stolun altına girdi. Mən onu sakitləşdirdim, "qorxmayın, keçdi" deyim. Sonra küçəyə çıxdım, gördüm hamı qaçır. Mən özümə qaçmağı sığışdırmırdım. Bu vaxt texnikumda mənə dərs deyən Kəmaləddin müəllimin səsini eşitdim. Dedi "qaç Musayeva, nə durmusan?" Dedim "müəllim, siz gedin mən gələcəm". Həmin vaxt qəlpələr yağış kimi üzərimizə tökülürdü. Amma mən təmkinli idim. Ara sakitləşəndən sonra insanlar mənə dedilər ki, "halal olsun səni doğan anaya". Həmin hadisədən sonra Şükufə xanım döyüşlərə başlayır. Şuşanı hər şeydən çox sevən aktrisamız şəhər işğal olanda orada olmayıb. O, Şuşada döyüşlər gedəndə Laçının Anakirs deyilən ərazisində idi. Orda da qızğın döyüşlər gedirdi. Şükufə xanım həmin döyüşlərdə iştirak edən vaxt Qarabağın tacı sayılan şəhərin işağalını eşdir:İki il vuruşan aktrisa Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanır. Bədəninə 100 qəlpə girir. Çoxlu qan itirir. Boğaz damarlarında, üzünün müxtəlif yerlərində qəlpə izləri var. Gözünün ağında da qəlpə var. Hələ də soyuq havalarda gözləri ağrıyır. Qulaq pərdəsi də dağılıb. Bir qulağı eşitmə qabiliyyətini itirib. Beyin çatı əmələ gəlib. Üstündə saatlarla əməliyyat aparılandan sonra xoş təsadüfdən həyata qayıdıb. Gənc xanım olmasına baxmayaraq ailəsi onun mübarizə ruhuna qarşı çıxmır, onu dəstəkləyirdi:"Ailəmiz çox vətənpərvər ailədir. Bacılarım ailəli idilər, mən subay idim. Hətta uzun saçlarım var idi. Başımdakı qəlpəni çıxarmaq üçün uzun saçlarımı kəsdilər. Onda məni ağlamq tutdu. İlk dəfə özümü qadın kimi hiss etdim". Hər bir qadın kimi Şükufə xanım da ana olmaq arzusunda olub. Amma müharibə 100-lərlə azərbaycanlı kimi onun da şəxsi həyatını alt-üst edir. Xeyli gec ailə qurur. Ağır yaralandığı üçün tərxis olunmuşdu. Bu yaralar ana olmaq imkanını ondan almışdı:Xalq artisti Qarabağ müharibəsi haqqında çəkilmiş filmlərə münasibətini bildirərkən vurğuladı ki, bu vaxta qədər çəkilən filmlər müharibəni olduğu kimi çatdıra bilməyib. "Siz müharibənin canlı şahidisiniz, niyə rejissorlar sizi həmin filmlərə dəvət etməyib?" sualına aktrisanın cavabı belə oldu:"Düzdür, çəkirlər, amma o deyil. Mən heç bir rejissora deyə bilmərəm ki, məni filmə çək. Təklif olsunyaydı, məmnuniyyətlə qəbul edərdim. Şuşa teatrında isə müharibə ilə bağlı xeyli tamaşada rol almışam. Şuşa işğaldan azad olunandan sonra bu il "Lənkəran xanın Vəziri" (Mirzə Fətəli Axundov) tamaşasını Şuşada oyanadıq. Hislərim qarmaqarışıq idi. Həm Şuşada keçirdiyim xoş günləri, həm də müharibəni xatırladım".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/07/452464992_0:0:1067:800_1920x0_80_0_0_e1751eb9d6a643b3fe148cf03119bdb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalq artisti, qadın, qazi, aktrisa, laçın, şuşa
xalq artisti, qadın, qazi, aktrisa, laçın, şuşa
Bədənində 100 qəlpə gəzdirən Xalq artisti - VİDEO
Şükufə xanım Şuşaya qayıdıb teatrda fəaliyyətini davam etdirməyi düşünür. Hətta orada Tomris obrazını canlandırmaq arzusundadır.
BAKI, 8 mart — Sputnik. Azərbaycan qadını bütün dövrlərdə öz mübarizliyi ilə fərqlənib. Mübarizliyi, qorxmazlığı ilə yaddaşlarda qalan qadınlarımızdan biri də ötən əsrin 90-cı illərində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən, qazi, Xalq artisti, Şuşa Dövlət Dram Teatrının aktrisası Şükufə Musayevadır.
Uşaqlıqdan aktrisa olmaq istəyib. Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq istəsə də, illərlə bu istəyinə çata bilmir. Şuşa Mədəni-Maarif Texnikumunun dram fakültəsinə qəbul olunur. Oxuduğum müddətdə Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradovla tanış olur və Xalq teatrındakı tamaşalara dəvət alır. 1988-ci ildə Qarabağ müahirəsi başlayanda texnikumu bitirir və Şuşa Mədəniyyət Evinə təyinat istəyir. O zaman hələ Şuşa Teatrı yox idi. 90-cı illərdə Şuşa Dövlət Dram Teatrı açılır və Şükufə xanım oranın aktrisalarından biri olur.
Özü bərdəli olsa da, ruhən özünü şuşalı sanan aktrisa doğma şəhərin işğalına dözmür, könüllü müharibəyə qoşulur. Artıq hamı ona bir aktrisa, bir xanım kimi yox, döyüşçü kimi yanaşırdı. Ailəsi də ona qarşı çıxmır:
"Vətənimiz od-alov içində idi. "Mən qadınam", "mən aktrisayam" deyib kənarda dura bilməzdim. Könüllü döyüşlərə qatıldım. Mən Müdafiə nazirliyinin xətti ilə getmişəm. Ordunun yaranmasında mənim xidmətlərim olub".
1992-ci il martın 17-də sənəd üçün Şuşadakı fotostudiyalardan birinə şəkil çəkdirməyə gedir. Qəfil ermənilər şəhəri bombalayırlar. Həmin vaxt Şükufə xanımın olduğu binanı da vururlar:
"Can şirindir, atışma olan vaxt fotoqraf qaçıb stolun altına girdi. Mən onu sakitləşdirdim, "qorxmayın, keçdi" deyim. Sonra küçəyə çıxdım, gördüm hamı qaçır. Mən özümə qaçmağı sığışdırmırdım. Bu vaxt texnikumda mənə dərs deyən Kəmaləddin müəllimin səsini eşitdim. Dedi "qaç Musayeva, nə durmusan?" Dedim "müəllim, siz gedin mən gələcəm". Həmin vaxt qəlpələr yağış kimi üzərimizə tökülürdü. Amma mən təmkinli idim. Ara sakitləşəndən sonra insanlar mənə dedilər ki, "halal olsun səni doğan anaya".
Həmin hadisədən sonra Şükufə xanım döyüşlərə başlayır. Şuşanı hər şeydən çox sevən aktrisamız şəhər işğal olanda orada olmayıb. O, Şuşada döyüşlər gedəndə Laçının Anakirs deyilən ərazisində idi. Orda da qızğın döyüşlər gedirdi. Şükufə xanım həmin döyüşlərdə iştirak edən vaxt Qarabağın tacı sayılan şəhərin işağalını eşdir:
"Ermənilər bu istiqamətdən də hücuma keçmişdi. Biz döyüşüb onları geri çəkilməyə məcbur etdik. Şuşanın işğal xəbərini Laçında aldım. Dünyam başıma yıxıldı. Laçında camaat “Şuşa” deyib ağlaşırdı. Mən qulaqlarıma inanmırdım. Onların üstünə qışqırırdım. Deyirdim, siz nə danışırsınız? Şuşa işğal oluna bilməz! Birdən çevrilib Şuşa tərəfə baxdım. Gördüm, tüstüsü ərşə qalxıb. Çox istəsəm də Şuşaya tərəf gedə bilmədim. Artıq ermənilər Anakirs tərəfdən Laçına hücuma keçmişdi.”
İki il vuruşan aktrisa Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanır. Bədəninə 100 qəlpə girir. Çoxlu qan itirir. Boğaz damarlarında, üzünün müxtəlif yerlərində qəlpə izləri var. Gözünün ağında da qəlpə var. Hələ də soyuq havalarda gözləri ağrıyır. Qulaq pərdəsi də dağılıb. Bir qulağı eşitmə qabiliyyətini itirib. Beyin çatı əmələ gəlib. Üstündə saatlarla əməliyyat aparılandan sonra xoş təsadüfdən həyata qayıdıb. Gənc xanım olmasına baxmayaraq ailəsi onun mübarizə ruhuna qarşı çıxmır, onu dəstəkləyirdi:
"Ailəmiz çox vətənpərvər ailədir. Bacılarım ailəli idilər, mən subay idim. Hətta uzun saçlarım var idi. Başımdakı qəlpəni çıxarmaq üçün uzun saçlarımı kəsdilər. Onda məni ağlamq tutdu. İlk dəfə özümü qadın kimi hiss etdim".
Hər bir qadın kimi Şükufə xanım da ana olmaq arzusunda olub. Amma müharibə 100-lərlə azərbaycanlı kimi onun da şəxsi həyatını alt-üst edir. Xeyli gec ailə qurur. Ağır yaralandığı üçün tərxis olunmuşdu. Bu yaralar ana olmaq imkanını ondan almışdı:
"On uşaq anası olmaq istəyirdim, amma biri də olmadı. Müharibə mənim arzularımın, istəklərimin üstündən qara xətt çəkdi".
Xalq artisti Qarabağ müharibəsi haqqında çəkilmiş filmlərə münasibətini bildirərkən vurğuladı ki, bu vaxta qədər çəkilən filmlər müharibəni olduğu kimi çatdıra bilməyib. "Siz müharibənin canlı şahidisiniz, niyə rejissorlar sizi həmin filmlərə dəvət etməyib?" sualına aktrisanın cavabı belə oldu:
"Düzdür, çəkirlər, amma o deyil. Mən heç bir rejissora deyə bilmərəm ki, məni filmə çək. Təklif olsunyaydı, məmnuniyyətlə qəbul edərdim. Şuşa teatrında isə müharibə ilə bağlı xeyli tamaşada rol almışam. Şuşa işğaldan azad olunandan sonra bu il "Lənkəran xanın Vəziri" (Mirzə Fətəli Axundov) tamaşasını Şuşada oyanadıq. Hislərim qarmaqarışıq idi. Həm Şuşada keçirdiyim xoş günləri, həm də müharibəni xatırladım".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.