https://sputnik.az/20230307/randan-azerbaycana-narkotik-kecirmeye-calisanlar-saxlaniliblar-452463350.html
İrandan Azərbaycana narkotik keçirməyə çalışanlar saxlanılıblar
İrandan Azərbaycana narkotik keçirməyə çalışanlar saxlanılıblar
Sputnik Azərbaycan
Əməliyyat zamanı Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T21:11+0400
2023-03-07T21:11+0400
2023-03-07T21:11+0400
narkotik
cəmiyyət
iran
azərbaycan
din
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_0:191:2965:1858_1920x0_80_0_0_0f3efe810c695e4fcd02bec9ccca26c3.jpg
BAKI, 7 mart — Sputnik. İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb. Əməliyyat zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub. Famil Əliyev narkotik maddələri satış məqsədi ilə "Yaşar" adlı İran vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib. Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_116:0:2847:2048_1920x0_80_0_0_ca0ed8b6e4389fabeab366753d389dc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
narkotik, iran, azərbaycan, din
narkotik, iran, azərbaycan, din
İrandan Azərbaycana narkotik keçirməyə çalışanlar saxlanılıblar
Əməliyyat zamanı Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar.
BAKI, 7 mart — Sputnik. İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb.
Əməliyyat zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub.
Famil Əliyev narkotik maddələri satış məqsədi ilə "Yaşar" adlı İran vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib. Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.