Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Sülhməramlılar qanunsuz erməni silahlı dəstələrininin kolonunu müşayiət edib - MN

© Sputnik / Mediabanka keçidqarabağdakı Rusiya sülhməramlı kontingenti, arxiv şəkli
qarabağdakı Rusiya sülhməramlı kontingenti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələrinin Xankəndi-Xəlfəli-Turşsu yolundan hərbi təyinatlı daşımalar üçün istifadə etməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.
BAKI, 7 mart - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərəkəti ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
Nazirliyin yaydığı məlumatda deyilir ki, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

"Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib", - deyə məlumatda qeyd olunur.

O da bildirilir ki, Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub:
"Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır".
Nazirlik bir daha bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir.

"Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır. Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 07.03.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
MN: "Bir daha xəbərdarlıq edirik"
Xəbər lenti
0