https://sputnik.az/20230307/qadinlar-60-kisiler-ise-62-yasinda-pensiyaya-cixsinlar---deputat-452460361.html
Qadınlar 60, kişilər isə 62 yaşında pensiyaya çıxsınlar - Deputat
Qadınlar 60, kişilər isə 62 yaşında pensiyaya çıxsınlar - Deputat
Sputnik Azərbaycan
Saysız-hesabsız gecəqondularda əhalinin çətin vəziyyətdə yaşadığını söyləyən deputat qəbiristanlıqlarda da monitorinq apardığını və son zamanlar ölənlərin... 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T15:55+0400
2023-03-07T15:55+0400
2023-03-07T15:55+0400
pensiya
cəmiyyət
millət vəkili
milli məclis
ombudsman
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796467_0:0:3072:1728_1920x0_80_0_0_9e5a6d378425b6676c081d76654d6945.jpg
BAKI, 7 mart - Sputnik. "Azərbaycanda qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçün isə 62 olsun. Ombudsmanın məruzəsində qadınların pensiya yaş həddinin azaldılması təklif olunur və bu təklifi dəstəkləyirəm". Bunu deputat Razi Nurullayev parlamentin iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib. "Rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır" Deputat qeyd edib ki, lakin dünyada pensiya yaş həddinin əsasən 65 olduğu deyiləcək:"Axı, o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əməkhaqları bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir".Daha sonra millət vəkili onlarla yas məclislərində olduğundan danışıb:"Bu səbəbdən ombudsmanın qadınların pensiyaya çıxmaq üçün yaş həddinin azaldılması təklifini dəstəkləyirəm. Qadınların 60, kişilərin isə 62 yaşında pensiyaya çıxması ədalətli olardı. İnanmaq istərdim ki, bu təkliflər diqqətsiz qalmayacaq", - deyə deputat söyləyib. "Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına ehtiyac var" Deputat digər bir təklif də irəli sürüb. O bildirib ki, bütün dünyada sahibkarların hüquqlarını müdaifə edən biznes ombudsmanı var:"İstərdim ki, bu məsuliyyətli sahəni də ombudsman öz üzərinə götürsün. Ombudsman aparatında sahibkarlarla bağlı xüsusi bir şöbə yaradılsın, yaxud da ən yaxşısı məsul bir şəxs müəyyən edilsin. Bunu təxirəsalınmaz addım hesab edirəm. Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına və ölkəyə sərmayələrin cəlb olunmasına ehtiyac var. Dövlət qurumlarının fəaliyyəti təəssüflər olsun ki, iş yerlərinin açılmasına şərait yaratmır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796467_341:0:3072:2048_1920x0_80_0_0_24481b0cd68003253fd2eb665252ce9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, millət vəkili, milli məclis, ombudsman
pensiya, millət vəkili, milli məclis, ombudsman
Qadınlar 60, kişilər isə 62 yaşında pensiyaya çıxsınlar - Deputat
Saysız-hesabsız gecəqondularda əhalinin çətin vəziyyətdə yaşadığını söyləyən deputat qəbiristanlıqlarda da monitorinq apardığını və son zamanlar ölənlərin əksəriyyətinin yaşlanmadan dünyasını dəyişdiyini söyləyib.
BAKI, 7 mart - Sputnik. "Azərbaycanda qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçün isə 62 olsun. Ombudsmanın məruzəsində qadınların pensiya yaş həddinin azaldılması təklif olunur və bu təklifi dəstəkləyirəm".
Bunu deputat Razi Nurullayev parlamentin iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.
"Rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır"
Deputat qeyd edib ki, lakin dünyada pensiya yaş həddinin əsasən 65 olduğu deyiləcək:
"Axı, o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əməkhaqları bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir".
Daha sonra millət vəkili onlarla yas məclislərində olduğundan danışıb:
"Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər də çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır. Hətta qəbiristanlıqlarda da bir monitorinq aparmışam və son zamanlar ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq".
"Bu səbəbdən ombudsmanın qadınların pensiyaya çıxmaq üçün yaş həddinin azaldılması təklifini dəstəkləyirəm. Qadınların 60, kişilərin isə 62 yaşında pensiyaya çıxması ədalətli olardı. İnanmaq istərdim ki, bu təkliflər diqqətsiz qalmayacaq", - deyə deputat söyləyib.
"Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına ehtiyac var"
Deputat digər bir təklif də irəli sürüb. O bildirib ki, bütün dünyada sahibkarların hüquqlarını müdaifə edən biznes ombudsmanı var:
"İstərdim ki, bu məsuliyyətli sahəni də ombudsman öz üzərinə götürsün. Ombudsman aparatında sahibkarlarla bağlı xüsusi bir şöbə yaradılsın, yaxud da ən yaxşısı məsul bir şəxs müəyyən edilsin. Bunu təxirəsalınmaz addım hesab edirəm. Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına və ölkəyə sərmayələrin cəlb olunmasına ehtiyac var. Dövlət qurumlarının fəaliyyəti təəssüflər olsun ki, iş yerlərinin açılmasına şərait yaratmır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.