https://sputnik.az/20230307/ombudsman-beynelxalq-teskilatlara-azad-olunmus-erazilerle-bagli-xususi-hesabat-gonderilib-452466845.html
Ombudsman: Beynəlxalq təşkilatlara azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat göndərilib
Ombudsman: Beynəlxalq təşkilatlara azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat göndərilib
Sputnik Azərbaycan
İnsan hüquqları üzrə müvəkkil bildirib ki, ötən dövr ərzində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında ombudsman tərəfindən faktoloji... 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T20:24+0400
2023-03-07T20:24+0400
2023-03-07T20:24+0400
ombudsman səbinə əliyeva
cəmiyyət
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747696_0:0:3072:1728_1920x0_80_0_0_76368a2437d760edec3ec43d48c8a604.jpg
BAKI, 7 mart — Sputnik. "Fəaliyyət dövründə ombudsmanın vəsatəti ilə ümumilikdə 805, ötən il isə 31 məhkum əfv edilib". Bu sözləri parlamentin iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini təqdim edən ombudsman Səbinə Əliyeva deyib. O bildirib ki, ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilib. Bu başçəkmələr zamanı 2025 şəxslə konfidensial görüş baş tutub. Onlardan 36-sı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ombudsmana görüş xahişi ilə bağlı ünvanlanan məktubda adları qeyd edilən şəxslər olub. Səbinə Əliyeva qeyd edib ki, həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilib, müraciətləri dinlənilib, bir çox məsələlər yerində həll edilib, digər hallarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər olub. O diqqətə çatdırıb ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda məftil və kəndirlərdən istifadə olunmaqla əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insana aid qalıqların tapılması ilə bağlı ombudsmanın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə həmin insan qalıqlarının azərbaycanlı hərbi əsirlərə aid olduğu və onların işgəncə verilərək qətlə yetirildiyi diqqətə çatdırılıb. O bildirib ki, ötən dövr ərzində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında ombudsman tərəfindən faktoloji araşdırmalar həyata keçirilmiş, əldə olunmuş materiallar əsasında xüsusi hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib. Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı cinayət işi başlanıb Xatırladaq ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Baş Prokurorluğun mətbuat xidməti ötən ilin oktyabrında bildirib ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747696_341:0:3072:2048_1920x0_80_0_0_a55355e32929d7f46d23f8c4eeba6562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman səbinə əliyeva, işğaldan azad edilmiş ərazilər
ombudsman səbinə əliyeva, işğaldan azad edilmiş ərazilər
Ombudsman: Beynəlxalq təşkilatlara azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat göndərilib
İnsan hüquqları üzrə müvəkkil bildirib ki, ötən dövr ərzində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında ombudsman tərəfindən faktoloji araşdırmalar həyata keçirilib.
BAKI, 7 mart — Sputnik. "Fəaliyyət dövründə ombudsmanın vəsatəti ilə ümumilikdə 805, ötən il isə 31 məhkum əfv edilib". Bu sözləri parlamentin iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini təqdim edən ombudsman Səbinə Əliyeva deyib.
O bildirib ki, ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilib. Bu başçəkmələr zamanı 2025 şəxslə konfidensial görüş baş tutub. Onlardan 36-sı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ombudsmana görüş xahişi ilə bağlı ünvanlanan məktubda adları qeyd edilən şəxslər olub.
Səbinə Əliyeva qeyd edib ki, həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilib, müraciətləri dinlənilib, bir çox məsələlər yerində həll edilib, digər hallarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər olub.
O diqqətə çatdırıb ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda məftil və kəndirlərdən istifadə olunmaqla əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insana aid qalıqların tapılması ilə bağlı ombudsmanın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə həmin insan qalıqlarının azərbaycanlı hərbi əsirlərə aid olduğu və onların işgəncə verilərək qətlə yetirildiyi diqqətə çatdırılıb.
O bildirib ki, ötən dövr ərzində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında ombudsman tərəfindən faktoloji araşdırmalar həyata keçirilmiş, əldə olunmuş materiallar əsasında xüsusi hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib.
Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı cinayət işi başlanıb
Xatırladaq ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidməti ötən ilin oktyabrında bildirib ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.