CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnkassatorlarda silah olsaydı, onlara yaxınlaşan olmayacaqdı - Mütəxəssis

© Sputnik / Алексей Сухоруковİnkassator
İnkassator - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Keçmiş inkassator deyir ki, maşının yanından kimsə keçəndə, hətta bir təsadüflə dönüb avtomobilə baxdıqda da həmin şəxs onların diqqətində qalır, onu analiz etməyə, sifətini yadda saxlamağa çalışırlar.
BAKI, 7 mart — Sputnik. Bir neçə gün əvvəl Bakıda "Bravo" marketdə silahlı insident baş verdi. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib.
Nəinki Azərbaycanda, eləcə də bütün dünyada ən riskli fəaliyyət növlərindən biri də inkassator peşəsidir.
Sputnik Azərbaycan vaxtilə Bakı şəhərində yerləşən banklardan birində bütün riskləri gözə alaraq baş inkassator kimi çalışmış keçmiş inkassator İlham Məmmədzadə ilə söhbətləşib.
Hazırda sürücü kimi fəaliyyət göstərən İlham Məmmədzadə bu peşə üçün lazım olan əsas bacarııq və keyfiyyətlərdən danışır. Onun sözlərinə görə, inkassatorlar və sürücü-inkassatorlar fiziki cəhətdən sağlam olmalı, silahlardan istifadə etmək bacarığına sahib olmalıdırlar:

"Fəaliyyət dövründə inkassatorlar və sürücü-inkassatorlarla müxtəlif təlimlər keçirilir, nəzəri biliklər öyrədilir. Yəni bu zaman biz inkassasiya zamanı davranışları öyrənirdik. Daxili İşlər Nazirliyinin işçisi olduğumuzdan mütəmadi olaraq nazirliyə gedərək orada silahla davranış qaydaları üzrə təlimlərdən keçirdik".

İnkssasiyanın mərhələlərindən söz açan həmsöhbətimiz bildirir ki, əvvəlcə avtomobildən müşahidəçilərdən biri çıxır, daha sonra qapı bağlanır, sürücü vəziyyəti içəridən müşahidə edir, təhlükəsizliyə tam əmin vəziyyət yarandıqda artıq ratsiya vasitəsilə xəbər verilir.
"Baş inkasator kimi maşından düşürdüm. Daha sonra ikinci müşahidəçi, axırda kassir avtomobildən düşürdü. Kassiri müşahidə etməklə obyektə daxil olurduq".
O bildirir ki, özünün fəaliyyəti dövründə müəyyən daxili narahatlıqları olub:

"Bu elə bir işdir ki, gərək hər bir xırdalığa fikir verəsən. Maşının yanından kimsə keçəndə, hətta bir təsadüflə dönüb avtomobilə baxdıqda da həmin şəxs bizim diqqətimizdə olur, onu analiz etməyə, sifətini yadda saxlamağa çalışırıq".

Mütəxəssis bildiri ki, inkassator ilk dəfə gördüyü təsadüfi sima mütləq yadda saxlamalıdır.
"Həmin sima ikinci dəfə gözə görünürsə, artıq risk ehtimalından söhbət gedə bilər", - deyə müsahimimiz bildirir.
Baş verən son hadisəyə gəldikdə isə keçmiş inkassator bildirir ki, təhlükəsizlik xidmətində silahın olmaması bu hadisənin baş verməsinə səbəb olub:

"Çünki bu hadisəni törədənlər yəqin ki, uzun müddət kəşfiyyat aparıblar. Göründüyü kimi mühafizə silahsız idi. Lakin mən işləyən dövrdə biz silahla çıxırdıq. Bizim xüsusi zirehli geyimlərimiz vardı. Polis avtomatla, mən isə inkassator olaraq tapança ilə olurdum. İnkassatorlarda silah olsaydı, onlara yaxınlaşan olmayacaqdı".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DİN-in xüsusi təyinatlı polis dəstəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2023
PAYTAXT XƏBƏRLƏRİ
Hipermarketdəki hadisəni törədənlərdən biri məhv edilib, digəri tutulub - DİN
Xəbər lenti
0