https://sputnik.az/20230307/fhn-in-tibbi-xidmeti-zelzele-bolgesinde---vdeo-452438815.html
FHN-in tibbi xidməti zəlzələ bölgəsində - VİDEO
FHN-in tibbi xidməti zəlzələ bölgəsində - VİDEO
Sputnik Azərbaycan
Qurumdan bildirilib ki, hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir. 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T10:44+0400
2023-03-07T10:44+0400
2023-03-07T10:44+0400
cəmiyyət
fhn
zəlzələ
türkiyə
xidmət
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451579884_0:172:3030:1876_1920x0_80_0_0_a28252d31ffad93e7e9da9ad997fd607.jpg
BAKI, 7 mart — Sputnik. Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir. Ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Xatırladaq ki, zəlzələlərin aradan qaldırılması işlərinə başlanandan indiyədək Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin xətti ilə 725 azərbaycanlı xilasedici Türkiyəyə ezam olunub. Onların bəziləri artıq geri qayıdıb. Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451579884_150:0:2881:2048_1920x0_80_0_0_9ad390fb860c57a444848f8526f5e1f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, zəlzələ, türkiyə, xidmət
fhn, zəlzələ, türkiyə, xidmət
FHN-in tibbi xidməti zəlzələ bölgəsində - VİDEO
Qurumdan bildirilib ki, hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.
BAKI, 7 mart — Sputnik. Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.
Ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
"Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, zəlzələlərin aradan qaldırılması işlərinə başlanandan indiyədək Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin xətti ilə 725 azərbaycanlı xilasedici Türkiyəyə ezam olunub.
Onların bəziləri artıq geri qayıdıb. Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.