Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistan Azərbaycanlıların tarixi torpaqlarına qayıtmasını təmin etməlidir - Deputat

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidİrəvana mənzərə
İrəvana mənzərə - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, ermənilər son 200 ildə təkcə türklərə qarşı deyil, digər millətlərə qarşı da sıxışdırma siyasəti yürüdüb.
BAKI, 7 mart — Sputnik. Qərbi Azərbaycan İcmasında TÜRK PA-nın nümayəndə heyəti ilə İcma rəhbərliyi arasında geniştərkibli görüş keçirilib. TÜRK PA tərəfindən gələn qonaqlar arasında Türkiyə, Qazaxıstan, Qırğızıstan parlamentindən nümayəndələr olub.
Görüşü giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyədə baş verən zəlzələnin türk dünyasını sarsıtdığını qeyd edib.
İcma sədri daha sonra qonaqlara Qərbi Azərbaycan İcmasının yaradılması zərurəti, habelə fəaliyyət istiqamətləri barədə geniş məlumat verib:

"Ermənilər son 200 ildə bu coğrafiyada təkcə türklərə qarşı deyil, digər millətlərə qarşı da sıxışdırma siyasəti yürüdüb. Bütün bunlar sənədlərlə, faktlarla var və hesab edirik ki, dünya bundan mütləq şəkildə xəbərdar olmalıdır. Və dünya ermənilərin gerçək sifəti ilə tanış olmalıdır. Biz cibimizdə Ermənistan Respublikasının vətəndaşlığı sənədini gəzdiririk. Ermənistan borcludur ki, bizim tarixi torpaqlarımıza qayıtmağımızı təmin eləsin".

Əziz Ələkbərli ermənilərin Cənubi Qafqazda məskunlaşması tarixinə diqqət çəkib:
"Cənubi Qafqazda ermənilərin aldığı ilk torpağın, evin sənədi var. Bəs əgər ermənilər qədim xalqdırsa, regionda qədimdən məskunlaşıbsa, bu sənədlər nədir?"
TÜRK PA tərəfdən olan türkiyəli deputat Recep Şeker icmanın fəaliyyətini yüksək qiymətləndirib:

"Qərbi azərbaycanlıların haqlı olaraq, öz ata yurdlarına qayıtmaq istəyini, iddiasını Türkiyə olaraq daima dəstəkləyirik".

Görüş ümumi müzakirələrlə davam edib.
Qərbi Azərbaycan İcması
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Bildirilib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Ötən ilin avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Məlumat verilib ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0