https://sputnik.az/20230307/bezi-mekteblerde-qisa-kecid-hava-seraitine-uygun-tetbiq-edilsin---ombudsman-452459312.html
Bəzi məktəblərdə qışa keçid hava şəraitinə uyğun tətbiq edilsin - Ombudsman
Bəzi məktəblərdə qışa keçid hava şəraitinə uyğun tətbiq edilsin - Ombudsman
Sputnik Azərbaycan
Ombudsman diqqətə çatdırıb ki, respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər... 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T22:46+0400
2023-03-07T22:46+0400
2023-03-07T22:46+0400
məktəb
cəmiyyət
qış
keçid
ombudsman səbinə əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106144_0:0:3071:1728_1920x0_80_0_0_e1fe43584d895357966f50d828c3e9ac.jpg
BAKI, 7 mart - Sputnik. "Respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur ki, bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir". Bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisdə 2022-ci il üzrə illik məruzəni təqdim edərkən deyib. O əlavə edib ki, təhsil hüququnun təmin edilməsinin mühüm elementi kimi orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə məktəblərdə psixoloq ştatlarının artırılması, müəllim-şagird münasibətlərində, pedaqoji heyət daxilində yarana biləcək mübahisələrin effektiv həlli məqsədilə təhsil sistemində mediasiya institutunun bu və ya digər müsbət beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasına ehtiyac var. Xatırladaq ki, bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb. Məruzə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106144_331:0:3062:2048_1920x0_80_0_0_a634855adee12ec26f09e3170c562969.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məktəb, qış, keçid, ombudsman səbinə əliyeva
məktəb, qış, keçid, ombudsman səbinə əliyeva
Bəzi məktəblərdə qışa keçid hava şəraitinə uyğun tətbiq edilsin - Ombudsman
Ombudsman diqqətə çatdırıb ki, respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur.
BAKI, 7 mart - Sputnik. "Respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur ki, bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir".
Bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisdə 2022-ci il üzrə illik məruzəni təqdim edərkən deyib.
"Odur ki, həmin təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha məqsədəmüvafiqdir", - deyə ombudsman diqqətə çatdırıb.
O əlavə edib ki, təhsil hüququnun təmin edilməsinin mühüm elementi kimi orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə məktəblərdə psixoloq ştatlarının artırılması, müəllim-şagird münasibətlərində, pedaqoji heyət daxilində yarana biləcək mübahisələrin effektiv həlli məqsədilə təhsil sistemində mediasiya institutunun bu və ya digər müsbət beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasına ehtiyac var.
Xatırladaq ki, bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb. Məruzə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.