Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda latviyalı rəssam və azərbaycanlı fotoqrafın birgə sərgisi açılacaq

© Photo : courtesy of Reza DeghatiReza Deqati
Reza Deqati - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Cəlaləddin Rumiyə həsr olunmuş sərgidə Latviyadan olan tanınmış rəssam İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərinin nümayiş olunacağı gözlənilir
BAKI, 7 mart — Sputnik. Martın 9-da Heydər Əliyev Mərkəzində "Yerlə göy arasında" adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq.
Mərkəzin verdiyi məlumata görə, Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və dünya şöhrətli fotoqraf Reza Deqatinin əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.
Məlumat üçün bildirək ki, tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür.
İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin "Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur" sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır.
Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır.
Dünya şöhrətli fotojurnalist Reza Deqati öz işlərində müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır.
Onun şəkdiyi şəkillər "National Geographic", "Time", "Stern", "Newsweek", "Paris Match" jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir.
Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə "National Geographic" jurnalının üz qabığında yer alıb. O, Fransanın "Xidmətlərə görə" kavaler ordeninə və Azərbaycanın "Dostluq" ordeninə layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0