https://sputnik.az/20230307/azerbaycan-ve-srail-resmileri-informasiya-tehlukesizliyini-muzakire-edibler-452464286.html
Azərbaycan və İsrail rəsmiləri informasiya təhlükəsizliyini müzakirə ediblər
Azərbaycan və İsrail rəsmiləri informasiya təhlükəsizliyini müzakirə ediblər
Sputnik Azərbaycan
Məlumata görə, qurumun rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir. 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T23:01+0400
2023-03-07T23:01+0400
2023-03-07T23:01+0400
israil
cəmiyyət
azərbaycan
informasiya təhlükəsizliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/03/07/452463782_0:54:1024:630_1920x0_80_0_0_ed10b19436427b98483ee8eaf9cd8433.jpg
BAKI, 7 mart — Sputnik. Azərbaycan və İsrail informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahələrində qarşılıqlı əməkdaşlıq istiqamətlərini müzakirə edib. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, qurumun rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti İsrailin Milli Kiberdirektorluğu, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi (Mərkəzi SOC), Milli Rəqəmsal Agentliyinin "Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi", Energetika Nazirliyinin Milli Laboratoriyasını ziyarət edib. Xidmət rəisi adıçəkilən təşkilat rəsmiləri ilə, eləcə də kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyət göstərən "PROSOL" şirkətinin rəhbərliyi ilə birgə İsrailin sahə üzrə aparıcı şirkətlərinin həlləri ilə tanış olub. Görüşlərdə İsrail dövlətinin informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi elmi-texniki nailiyyətlər barədə nümayəndə heyətinə geniş məlumat verilib, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib. İ.Musayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/07/452463782_57:0:968:683_1920x0_80_0_0_49bbb02dd079169411a38c880be4771c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
israil, azərbaycan, informasiya təhlükəsizliyi
israil, azərbaycan, informasiya təhlükəsizliyi
Azərbaycan və İsrail rəsmiləri informasiya təhlükəsizliyini müzakirə ediblər
Məlumata görə, qurumun rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.
BAKI, 7 mart — Sputnik. Azərbaycan və İsrail informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahələrində qarşılıqlı əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, qurumun rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti İsrailin Milli Kiberdirektorluğu, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi (Mərkəzi SOC), Milli Rəqəmsal Agentliyinin "Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi", Energetika Nazirliyinin Milli Laboratoriyasını ziyarət edib. Xidmət rəisi adıçəkilən təşkilat rəsmiləri ilə, eləcə də kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyət göstərən "PROSOL" şirkətinin rəhbərliyi ilə birgə İsrailin sahə üzrə aparıcı şirkətlərinin həlləri ilə tanış olub.
Görüşlərdə İsrail dövlətinin informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi elmi-texniki nailiyyətlər barədə nümayəndə heyətinə geniş məlumat verilib, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.
İ.Musayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.