https://sputnik.az/20230307/a-de-yenilenmis-sengen-melumat-bazasi-ise-dusub-452478786.html
Aİ-də yenilənmiş Şengen məlumat bazası işə düşüb
Aİ-də yenilənmiş Şengen məlumat bazası işə düşüb
Sputnik Azərbaycan
Yeni sistemə axtarışda olan və itkin düşmüş şəxslər, Avropa İttifaqının ərazisində qanuni olmaq hüququ olmayan üçüncü ölkə vətəndaşları, habelə oğurlanmış və... 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T22:24+0400
2023-03-07T22:24+0400
2023-03-07T22:24+0400
dünya xəbərləri
şengen vizası
sistem
https://cdnn1.img.sputnik.az/img/40277/80/402778004_0:17:3076:1747_1920x0_80_0_0_9b36fcf55dd95b22b8d7a81f33e891de.jpg
BAKI, 7 mart - Sputnik. Avropa İttifaqı (Aİ) çərşənbə axşamı 2016-cı ildən qüvvədə olan yenilənmiş Şengen İnformasiya Sistemini (SIS) işə salıb. TASS-ın Avropa Komissiyasının mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, adıçəkilən sistemə icmanın sərhədlərini keçən bütün insanlar haqqında geniş məlumat daxildir.Əvvəlki SIS II verilənlər bazasının 2016-cı ildə ciddi sistem zəiflikləri aşkar olunub. 2015-ci ilin payızında Parisdə və 2016-cı ilin yazında Brüsseldə baş vermiş irimiqyaslı terror aktlarının təhqiqatı zamanı məlum olub ki, bu hücumları təşkil edən və həyata keçirən şəxslər qrupuna terrorçuluq ittihamı ilə axtarışda olan şəxslər də daxildir.Buna baxmayaraq, onlar nəinki Aİ daxilində sərbəst hərəkət ediblər, həm də dəfələrlə xaricə, o cümlədən Türkiyə və Suriyaya səfər edərək sənəd yoxlamalarından maneəsiz keçiblər.Bu hal Avropa İttifaqının Şengen zonasında yeni polis və miqrasiya məlumat bazası yaratmağa başlamasının səbəblərindən biri idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40277/80/402778004_208:0:2939:2048_1920x0_80_0_0_ac3eddd71e8ed1105dfc11daaaa07b74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şengen vizası, sistem
Aİ-də yenilənmiş Şengen məlumat bazası işə düşüb
Yeni sistemə axtarışda olan və itkin düşmüş şəxslər, Avropa İttifaqının ərazisində qanuni olmaq hüququ olmayan üçüncü ölkə vətəndaşları, habelə oğurlanmış və ya itkin düşən əşyalar haqqında məlumatlar daxildir.
BAKI, 7 mart - Sputnik. Avropa İttifaqı (Aİ) çərşənbə axşamı 2016-cı ildən qüvvədə olan yenilənmiş Şengen İnformasiya Sistemini (SIS) işə salıb. TASS-ın Avropa Komissiyasının mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, adıçəkilən sistemə icmanın sərhədlərini keçən bütün insanlar haqqında geniş məlumat daxildir.
“Bu gün yenilənmiş SIS işə başlayıb. Bu, Avropada ən geniş sərhəd nəzarəti və məlumat mübadiləsi sistemidir. Buraya axtarışda olan və itkin düşmüş şəxslər, Avropa İttifaqının ərazisində qanuni olmaq hüququ olmayan üçüncü ölkə vətəndaşları, habelə oğurlanmış və ya itkin düşən əşyalar (silahlar, nəqliyyat vasitələri, şəxsiyyət vəsiqəsi) haqqında məlumatlar daxildir. Bu sistem bizim qurduğumuz dünyanın ən qabaqcıl sərhəd sisteminin əsasını təşkil edir”, - deyə Avropa Komissiyasından bildirilib.
Əvvəlki SIS II verilənlər bazasının 2016-cı ildə ciddi sistem zəiflikləri aşkar olunub. 2015-ci ilin payızında Parisdə və 2016-cı ilin yazında Brüsseldə baş vermiş irimiqyaslı terror aktlarının təhqiqatı zamanı məlum olub ki, bu hücumları təşkil edən və həyata keçirən şəxslər qrupuna terrorçuluq ittihamı ilə axtarışda olan şəxslər də daxildir.
Buna baxmayaraq, onlar nəinki Aİ daxilində sərbəst hərəkət ediblər, həm də dəfələrlə xaricə, o cümlədən Türkiyə və Suriyaya səfər edərək sənəd yoxlamalarından maneəsiz keçiblər.
Bu hal Avropa İttifaqının Şengen zonasında yeni polis və miqrasiya məlumat bazası yaratmağa başlamasının səbəblərindən biri idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.