DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədəki prezident seçkilərində müxalifətin vahid namizədi elan olunub

© Photo : AATürkiyənin Respublikaçı Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu
Türkiyənin Respublikaçı Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Kılıçdaroğlunun prezident seçkilərindəki namizədliyi rəsmən elan edilib
BAKI, 6 mart - Sputnik. Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq.
“Report” xəbər verir ki, parlament respublikası sisteminə keçidi vəd edən CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası Millət koalisiyası çətiri altında bir araya gəlib Səadət Partiyasının ev sahibliyi altında toplaşaraq prezidentliyə namizədini açıqlayıb.
Koalisiyanın namizədini Səadər Partiyasının lideri Təməl Karamollağlu elan edib.
Saat 14.00-da başlaması planlaşdırılan “Millət” koalisiyasının liderlərinin toplantısı Meral Akşenerin qərarını gözlədiyi üçün təxminən 2 saat ertələnib.
Millət koalisiyası Səadət Partiyasının mərkəzi binası qarşısında edilən açıqlama ilə prezidentliyə namizədini elan etmiş olub. Beləliklə, müxalifətin seçkilərdəki vahid namizədi Kemal Kılıçdaroğlu olub.
Xəbər lenti
0