DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin İran Prezidenti ilə danışıb

© IRANIAN PRESIDENCY / AFPPutin Rəisi
Putin Rəisi - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Liderlər telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf dinamikasını, eləcə də infrastruktur layihələrini müzakirə ediblər.
BAKI, 6 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf dinamikasını, eləcə də infrastruktur layihələrini müzakirə ediblər.
" Tərəflər Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib. Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsi müzakirə edilib", - məlumatda deyilir.
Tərəflər gələcək təmasları davam etdirmək barədə razılığa gəliblər.
Xəbər lenti
0