Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Moskva Bakı və İrəvanı təmkinli olmağa çağırır - Zaxarova

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidZaxarova
Zaxarova - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Zaxarova vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər RSK-nın vasitəsilə tərəflər arasında sülh yolu ilə həll edilməlidir.
BAKI, 6 mart — Sputnik. "Dağlıq Qarabağ" münaqişəsi zonasında gərginlikdən Moskva ciddi narahatlığını ifadə edir və tərəfləri təmkinli olmağa və gərginliyi azaltmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz "Dağlıq Qarabağ" münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları olub. Martın 5-də silahlı insident baş verib və nəticədə həm Ermənistan, həm də Azərbaycan tərəfindən insan tələfatı olub. ", - Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhində bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Moskva tərəfləri təmkinli olmağa və gərginliyi azaltmağa çağırır, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tam atəşkəs və "münaqişə zonası"nda hərbi əməliyyatlar haqqında müddəalarına əməl olunmasının zəruriliyini təsdiqləyir.
Zaxarova vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər RSK-nın vasitəsilə tərəflər arasında sülh yolu ilə həll edilməlidir.
"Hadisə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarının icrası çərçivəsində Bakı və İrəvanın tezliklə danışıqlara qayıtmasının vacibliyini, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli, o cümlədən 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatları çərçivəsində regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı sərhəd və sülh müqaviləsinin hazırlanması bir daha təsdiqləyir", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Xəbər lenti
0