https://sputnik.az/20230306/guclu-kulek-bezi-bolgelerde-fesadlar-toredib-452433475.html
Güclü külək bəzi bölgələrdə fəsadlar törədib
Güclü külək bəzi bölgələrdə fəsadlar törədib
Sputnik Azərbaycan
Oğuzda güclü külək kəndləri elektrik enerjisiz qoyub 06.03.2023, Sputnik Azərbaycan
2023-03-06T22:05+0400
2023-03-06T22:05+0400
2023-03-06T22:05+0400
hadisə
külək
küləkli hava
güclü külək
təbii fəlakət
biləsuvar
biləsuvar şəhəri
oğuz
cəlilabad rayonu
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440515814_0:257:2727:1791_1920x0_80_0_0_f02adf970dcbe344a3bc770615fc492b.jpg
BAKI, 6 mart - Sputnik. Oğuz rayonunda güclü külək kəndləri elektrik enerjisiz qoyub."Report"un məlumatına görə, bu gün axşam saatlarında rayonda əsən şiddətli külək irigövdəli ağacı kökündən qopararaq elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə bir neçə kəndi elektrik enerjisi ilə təmin edən naqillər qırılıb.Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayon ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib. Elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 5 min nəfər işıqsız qalıb.Aşan ağacın kəsilərək ərazidən təmizlənməsi və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.Hazırda Oğuz rayonunda güclü külək əsməkdə davam edir.Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.Bu barədə "Report"a rayon sakinləri məlumat verib.Onların sözlərinə görə, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.Cəlilabad rayonunda da külək fəsadlar yaradıb. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin güclü külək qurumuş ağacları aşırıb.Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440515814_0:2:2727:2047_1920x0_80_0_0_07ef434fd529fe33ef59056bdad168e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
külək, küləkli hava, güclü külək, təbii fəlakət, biləsuvar, biləsuvar şəhəri, oğuz, cəlilabad rayonu
külək, küləkli hava, güclü külək, təbii fəlakət, biləsuvar, biləsuvar şəhəri, oğuz, cəlilabad rayonu
Güclü külək bəzi bölgələrdə fəsadlar törədib
Oğuzda güclü külək kəndləri elektrik enerjisiz qoyub
BAKI, 6 mart - Sputnik. Oğuz rayonunda güclü külək kəndləri elektrik enerjisiz qoyub.
"Report"un məlumatına görə, bu gün axşam saatlarında rayonda əsən şiddətli külək irigövdəli ağacı kökündən qopararaq elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə bir neçə kəndi elektrik enerjisi ilə təmin edən naqillər qırılıb.
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayon ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib. Elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 5 min nəfər işıqsız qalıb.
Aşan ağacın kəsilərək ərazidən təmizlənməsi və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.
Hazırda Oğuz rayonunda güclü külək əsməkdə davam edir.
Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.
Bu barədə "Report"a rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.
Cəlilabad rayonunda da külək fəsadlar yaradıb. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin güclü külək qurumuş ağacları aşırıb.
Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.