Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

© Sputnik / Murad OrujovDuman
Duman - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru qeyd edib ki, Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur. Hazırda bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
BAKI, 6 mart — Sputnik. Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
Onun sözlərinə görə, Yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Eyni zamanda, cənub-şərq istiqamətli külək dənizdən rütubətli hava kütlələrinin sahilə doğru hərəkətini şərtləndirir. Bu da dumanın əmələ gəlməsinə səbəb olur.
G.Məmmədovanın sözlərinə görə, Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur. Hazırda bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. Martın 6-sı axşam saatlarından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.
Martın 7-də isə ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Xəbər lenti
0