Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda məktəblərdə IX siniflər üzrə monitorinq keçirilir

© AR Ministry of EducationMəktəbdə dərs prosesi
Məktəbdə dərs prosesi - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Monitorinqlər bitdikdən sonra nəticələr bal və məzmun təhlili formasında təhsil müəssisələrinə təqdim olunacaq.
BAKI, 6 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX sinifləri üzrə monitorinq keçirilir.
Bu barədə BŞTİ-dən məlumat verilib.
Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.
Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Təhsilalanlara təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunur. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilir.
Qeyd edək ki, monitorinqlər bitdikdən sonra nəticələr bal və məzmun təhlili formasında təhsil müəssisələrinə təqdim olunacaq.
Xəbər lenti
0