https://sputnik.az/20230306/b5-vitamini-qan-xercenginin-qarsisini-alir-452371297.html
B5 vitamini qan xərçənginin qarşısını alır
B5 vitamini qan xərçənginin qarşısını alır
Sputnik Azərbaycan
İngiltərəli alimlər apardıqları araşdırmaların nəticəsi olaraq B5 vitamininin miyelodisplastik sindrom adlı nadir qan xərçəngi ilə mübarizədə əhəmiyyətli... 06.03.2023, Sputnik Azərbaycan
2023-03-06T08:41+0400
2023-03-06T08:41+0400
2023-03-06T10:37+0400
vitamin
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/42383/06/423830628_0:208:2001:1333_1920x0_80_0_0_e0761361d95a32b7dd3ff69a73bc92ff.jpg
BAKI, 6 mart - Sputnik. Elm adamları tədqiqar zamanı B5 vitamininin artan qəbuluna əsaslanan terapiya ilə qırmızı qan hüceyrələrinin istehsalını artırıb, artıra bilməyəcəyini yoxlamaq qərarına gəliblər Bir sıra ingiltərəli alimlər apardıqları araşdırmaların nəticəsi olaraq B5 vitamininin miyelodisplastik sindrom (MDS) adlı nadir qan xərçəngi ilə mübarizədə əhəmiyyətli rolunu kəşf ediblər. İngilis mediasının xəbərinə görə, alimlər MDS olan 42 nəfərin qan nümunələrini təhlil etdikdə məlum olub ki, COASY fermenti sümük iliyində qırmızı qan hüceyrələrinin istehsalını tənzimləməkdə əsas rol oynayır. Müəyyən bir qan xərçəngi növü olan xəstələrdə fermentin qismən itirilməsi qırmızı qan hüceyrələrinin istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur ki, bu da daha sonra anemiyaya gətirib çıxarır. Elm adamları tədqiqar zamanı B5 vitamininin artan qəbuluna əsaslanan terapiya ilə qırmızı qan hüceyrələrinin istehsalını artırıb, artıra bilməyəcəyini yoxlamaq qərarına gəliblər. Təcrübə göstərib ki, vitamin B5 və ya onun digər metabolitləri ilə müalicə qırmızı qan hüceyrələrinin yetişməsinə təsir göstərir. MDS üçün müasir müalicə üsulları tez-tez xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır, həmçinin lösemin inkişaf riskini artırır. Tədqiqatçılar növbəti mərhələlərdə qırmızı qan hüceyrələrinin istehsalı proseslərini daha çox öyrənməyi, həmçinin klinik sınaqlarda yeni terapiya növlərini sınaqdan keçirməyi hədəfləyirlər (lent.az).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/06/423830628_0:0:1777:1333_1920x0_80_0_0_0a9203fae45aaa7526e68a738f39e190.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vitamin
B5 vitamini qan xərçənginin qarşısını alır
08:41 06.03.2023 (Yenilənib: 10:37 06.03.2023) İngiltərəli alimlər apardıqları araşdırmaların nəticəsi olaraq B5 vitamininin miyelodisplastik sindrom adlı nadir qan xərçəngi ilə mübarizədə əhəmiyyətli rolunu kəşf ediblər.
BAKI, 6 mart - Sputnik. Elm adamları tədqiqar zamanı B5 vitamininin artan qəbuluna əsaslanan terapiya ilə qırmızı qan hüceyrələrinin istehsalını artırıb, artıra bilməyəcəyini yoxlamaq qərarına gəliblər
Bir sıra ingiltərəli alimlər apardıqları araşdırmaların nəticəsi olaraq B5 vitamininin miyelodisplastik sindrom (MDS) adlı nadir qan xərçəngi ilə mübarizədə əhəmiyyətli rolunu kəşf ediblər.
İngilis mediasının xəbərinə görə, alimlər MDS olan 42 nəfərin qan nümunələrini təhlil etdikdə məlum olub ki, COASY fermenti sümük iliyində qırmızı qan hüceyrələrinin istehsalını tənzimləməkdə əsas rol oynayır. Müəyyən bir qan xərçəngi növü olan xəstələrdə fermentin qismən itirilməsi qırmızı qan hüceyrələrinin istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur ki, bu da daha sonra anemiyaya gətirib çıxarır.
Elm adamları tədqiqar zamanı B5 vitamininin artan qəbuluna əsaslanan terapiya ilə qırmızı qan hüceyrələrinin istehsalını artırıb, artıra bilməyəcəyini yoxlamaq qərarına gəliblər. Təcrübə göstərib ki, vitamin B5 və ya onun digər metabolitləri ilə müalicə qırmızı qan hüceyrələrinin yetişməsinə təsir göstərir.
MDS üçün müasir müalicə üsulları tez-tez xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır, həmçinin lösemin inkişaf riskini artırır. Tədqiqatçılar növbəti mərhələlərdə qırmızı qan hüceyrələrinin istehsalı proseslərini daha çox öyrənməyi, həmçinin klinik sınaqlarda yeni terapiya növlərini sınaqdan keçirməyi hədəfləyirlər (lent.az).