https://sputnik.az/20230306/azerbaycan-ordusu-doyus-atisli-mesgelelere-baslayib-452414933.html
Azərbaycan ordusu döyüş atışlı məşğələlərə başlayıb
Azərbaycan ordusu döyüş atışlı məşğələlərə başlayıb
Sputnik Azərbaycan
Keçirilən məşğələlər zamanı əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da... 06.03.2023, Sputnik Azərbaycan
2023-03-06T13:10+0400
2023-03-06T13:10+0400
2023-03-06T13:10+0400
hərbi
azərbaycan ordusu
müdafiə naziri zakir həsənov
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/03/06/452415899_0:0:1001:563_1920x0_80_0_0_7d6121f63f9cb4eb1aa0f5cab59ad071.jpg
BAKI, 6 mart — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə döyüş atışlı məşğələlər keçirilir. MN-nin yaydığı məlumata görə, Ümumqoşun poliqonunda keçirilən məşğələlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları icra ediblər. Çətin keçilən ərazilərdə təbii və süni maneələrin dəf edilərək döyüş maşınlarının idarə olunması, eləcə də zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Məşğələlər zamanı əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasına yönəldilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/06/452415899_80:0:871:593_1920x0_80_0_0_447cd0a52f3e9baeb87e04cbcec2140f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan ordusu, müdafiə naziri zakir həsənov, müdafiə nazirliyi
azərbaycan ordusu, müdafiə naziri zakir həsənov, müdafiə nazirliyi
Azərbaycan ordusu döyüş atışlı məşğələlərə başlayıb
Keçirilən məşğələlər zamanı əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasına yönəldilib.
BAKI, 6 mart — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə döyüş atışlı məşğələlər keçirilir.
MN-nin yaydığı məlumata görə, Ümumqoşun poliqonunda keçirilən məşğələlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları icra ediblər.
Çətin keçilən ərazilərdə təbii və süni maneələrin dəf edilərək döyüş maşınlarının idarə olunması, eləcə də zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Məşğələlər zamanı əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasına yönəldilib.