https://sputnik.az/20230306/agcabedide-narkotike-gore-onlarla-sexs-saxlanilib-452404752.html
Ağcabədidə narkotikə görə onlarla şəxs saxlanılıb
Ağcabədidə narkotikə görə onlarla şəxs saxlanılıb
Sputnik Azərbaycan
Narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinənlər barəsində cinayət işləri başlanılıb 06.03.2023, Sputnik Azərbaycan
2023-03-06T11:32+0400
2023-03-06T11:32+0400
2023-03-06T11:44+0400
narkotik
cəmiyyət
ağcabədi
saxlanılan
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_0:0:3077:1731_1920x0_80_0_0_c989386770c2989790d674acd57d401f.jpg
BAKI, 6 mart — Sputnik. Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son iki həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun rayon sakini, əvvəllər də külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış Elşən Ağayev olduğu müəyyən edilib. E.Ağayevin yaşadığı ünvanda aparılan axtarış zamanı polietilen bağlamalarda qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram heroin və 125 qram metamfetamin aşkar edilərək götürülüb. O, ifadəsində İran vətəndaşı ilə onlayn yolla əlaqə qurduğunu və ona təklif edilən narkotiki Abşeron rayonunun ərazisindən götürərək öz yaşadığı ünvana gətirdiyini bildirib. Həmçinin o, narkotiki Ağcabədi və ətraf rayonlarda satışını həyata keçirmək məqsədi ilə əldə etdiyini deyib. Lakin onun bu niyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi son əməliyyatlar zamanı isə daha 15 nəfər şübhəli qismində saxlanılıb. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb, həmin şəxslərin cinayət əlaqələrinin yoxlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər zamanı isə ümumilikdə çəkisi 10 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, keçirilən digər tədbirlə rayon ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb. Həmin şəxsin rayon sakini Elnur Xanlarov olduğu müəyyən edilib. O, yaşayış evindən məişət əşyaları oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub. Həmin əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılaraq araşdırmalar aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_83:0:2812:2047_1920x0_80_0_0_cc88516b425eab44bc9d2f049cd50451.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, ağcabədi, saxlanılan
narkotik, ağcabədi, saxlanılan
Ağcabədidə narkotikə görə onlarla şəxs saxlanılıb
11:32 06.03.2023 (Yenilənib: 11:44 06.03.2023) Narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinənlər barəsində cinayət işləri başlanılıb
BAKI, 6 mart — Sputnik. Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının son iki həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun rayon sakini, əvvəllər də külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış Elşən Ağayev olduğu müəyyən edilib.
E.Ağayevin yaşadığı ünvanda aparılan axtarış zamanı polietilen bağlamalarda qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram heroin və 125 qram metamfetamin aşkar edilərək götürülüb. O, ifadəsində İran vətəndaşı ilə onlayn yolla əlaqə qurduğunu və ona təklif edilən narkotiki Abşeron rayonunun ərazisindən götürərək öz yaşadığı ünvana gətirdiyini bildirib. Həmçinin o, narkotiki Ağcabədi və ətraf rayonlarda satışını həyata keçirmək məqsədi ilə əldə etdiyini deyib. Lakin onun bu niyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi son əməliyyatlar zamanı isə daha 15 nəfər şübhəli qismində saxlanılıb. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb, həmin şəxslərin cinayət əlaqələrinin yoxlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər zamanı isə ümumilikdə çəkisi 10 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bundan başqa, keçirilən digər tədbirlə rayon ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb. Həmin şəxsin rayon sakini Elnur Xanlarov olduğu müəyyən edilib. O, yaşayış evindən məişət əşyaları oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub. Həmin əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılaraq araşdırmalar aparılır.