DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Vuçiç Serbiyanın Ukraynaya silah satdığı barədə xəbərləri təkzib edib

© AP Photo / Franc ZhurdaПрезидент Сербии Александр Вучич
Президент Сербии Александр Вучич - Sputnik Azərbaycan, 1920, 05.03.2023
Abunə olmaq
Prezidentin sözlərinə görə, Serbiya müdafiə sənayesinin məhsulları yalnız icazə verilən istifadəçilərə, yəni beynəlxalq məhdudiyyətləri olmayan dövlətlərə verilir.
BAKI, 5 mart - Sputnik. Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Ukraynaya silah satması ilə bağlı xəbərləri təkzib edib. O, bu müvafiq açıqlamanı Qətərə işgüzar səfəri zamanı jurnalistlərə verib.
Onun sözlərinə görə, Belqrad hərbi sənaye kompleksinin məhsullarını nə Ukraynaya, nə də Rusiyaya tədarük etmir.
"Söhbət açıq yalanlardan gedir. Serbiya heç kimə silah göndərməyib. Serbiya silah-sursatı istehsal edir və satır. Bizim çoxlu müdafiə sənayesi müəssisələrimiz var. Silah-sursat istehsal edəndə onlar, şübhəsiz ki, münaqişə zonasında və ya böhran bölgəsində olacaqlar. Biz nə Rusiyaya, nə də Ukraynaya heç bir silah-sursat və hərbi texnika satmamışıq", - deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, Serbiya müdafiə sənayesinin məhsulları yalnız icazə verilən istifadəçilərə, yəni beynəlxalq məhdudiyyətləri olmayan dövlətlərə verilir.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən cümə axşamı bildirib ki, Rusiya Serbiyanı Ukraynaya mümkün silah tədarükü ilə bağlı vəziyyəti aydınlaşdırmağa çağırıb.
Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlər çərçivəsində çox vacib mövzudur.
Qeyd edək ki, bu yaxınlarda Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Serbiya Müdafiə Sənayesinin münaqişə başlayandan bəri Ukrayna və Rusiyaya silah və hərbi texnika vermədiyini bildirib.
Serbiya Müdafiə Nazirliyi də Ukraynaya silah-sursat vermədiklərini bəyan edib.
Xəbər lenti
0