CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təravətli dəriyə sahib olmağın sirri - Alma sirkəsi

CC0 / bilox / vinegarSirkə, arxiv şəkli
Sirkə, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 05.03.2023
Abunə olmaq
Bu möcüzəli maddə dəridəki rəng bərabərsizliyini və dəridə yaranmış Günəş ləkələrini də aradan qaldırır.
BAKI, 5 mart - Sputnik. Gözəllik, dəriyə qulluq üçün əsas vasitələrdən biri də alma sirkəsidir. Bu barədə dünya həkimlərinin apardığı çoxsaylı təcrübələrin nəticələrində bildirilir.
Bəs alma sirkəsinin əsas faydaları nədir?
Alma sirkəsinin əsas üstünlüklərini, faydalarını təqdim edirik:
Antibakterial xüsusiyyətlərə malik olan alma sirkəsi dərini təmizləyir;
Dəri yenilənir;
Məsamələrdə çirkin yığılmasının qarşısını alır.
Bundan əlavə adıçəkilən faydalı vasitə sızanaqları qurudur və onların yaranmasının qarşısını alır. Davamlı şəkildə alma sirkəsindən istifadə edərək sızanaqlardan xilas olmaq mümkündür.
Alma sirkəsi həmçinin dəridə bakteriyaların yaranmasının qarşısını almaqla yanaşı iltihabı aradan qaldırır.
Dəridəki ölü hüceyrələr məsamələrin tıxanmasına səbəb olur.
Əgər üzünüzü alma sirkəsi ilə silsəniz, dərinizi ölü hüceyrələrdən xilas etmiş olacaqsız.
Alma sirkəsi dəridəki rəng bərabərsizliyini də aradan qaldırır. Bundan başqa, məhz alma sirkəsinin sayəsində dəridə yaranmış Günəş ləkələrindən birbaşa xilas olmaq mümkündür.
Daha cavan, təravətli dəriyə sahib olmaq üçün davamlı olaraq alma sirkəsindən istifadə məsləhətlidir, xüsusən də gecələr yatmazdan öncə üzünüzə alma sirkəsi çəkmək məsləhətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0