https://sputnik.az/20230305/qirx-ilden-artiq-fealiyyet-gostermis-kollektivin-taleyi-nece-olacaq---vdeo-452369234.html
Qırx ildən artıq fəaliyyət göstərmiş kollektivin taleyi necə olacaq? - VİDEO
Qırx ildən artıq fəaliyyət göstərmiş kollektivin taleyi necə olacaq? - VİDEO
Sputnik Azərbaycan
Adil Kərimli ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz... 05.03.2023, Sputnik Azərbaycan
2023-03-05T09:01+0400
2023-03-05T09:01+0400
2023-03-05T09:01+0400
mədəniyyət
qədim
dövlət instrumental ansamblı
irs
dədə qorqud
https://cdnn1.img.sputnik.az/img/42263/04/422630444_0:4:2000:1129_1920x0_80_0_0_2be9e52e42c7676cf04d463ff26880fc.jpg
BAKI, 5 mart — Sputnik. Bir neçə gün əvvəl "Qorqud" ansamblının fəaliyyətinin bərpası məsələsinə Mədəniyyət Nazirliyi səviyyəsində baxılacağı vəd edilib. Belə ki, Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Əməkdar artist Nuriyyə Hüseynova 40 ildən artıqdır fəaliyyət göstərən ansamblın fəaliyyətinə bu ilin əvvəllərində xitam verildiyini qeyd edib. Əməkdar artist nazirlik səviyyəsində bu məsələyə baxılmasını xahiş edib. Mədəniyyət nazirinin birinci müavini və hazırda nazir vəzifələrini icra edən Adil Kərimli öz növbəsində ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib.Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun "Qorqud" ("İrs") ansamblının rəhbəri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti, Əməkdar artist Nuriyyə Hüseynova ilə həmsöhbət olduq.Nuriyyə xanım bildirir ki, ansambl 1976-2014-cü illərdə "İrs" folklor ansamblı adı altında fəaliyyət göstərib. Ansamblın yaradıcıları Rəşid Nəsiboğlu və Sidqi Mustafayev olub."Yarandığı gündən efirə çıxan "İrs" ansamblı daim qədimliyi çox böyük sayğı, sevgi ilə tamaşaçılara, dinləyicilərə çatdırıb. O ansanblın ən parlaq siması Mələkxanım Əyyubova olub. Bundan başqa, Ağakərim Hafiz, Əvəzxan Xankişiyev kimi ifaçılar bu ansamblda fəaliyyət göstəriblər. Folklor İnstitutunun "Qorqud" ansamblı qədim musiqi alətlərinin, unudulmaqda olan xalq mahnılarının, meydan tamaşalarının rekonstruksiyası və xalqa təqdim edilməsi istiqamətində fəaliyyət göstərir. Biz xarici ölkərdə, Novruz şənliklərində çıxış edirdik. Yarandığı gündən cari ilin yanvar ayına qədər biz hər il onlarla konsertlərlə çıxış etmişik". Əməkdar artistin sözlərinə görə, yanvar ayında Milli Elmlər Akademiyasında aparılan islahatlar ansanbl üçün təsirsiz ötüşməyib:Ansanblın adına gəldikdə isə Nuriyyə xanım bildirir ki, adın dəyişdirilməsi Sidqi Mustafayevin təklifi ilə olub:"Sidqi müəllimgil bu ansanblı yaradanda "İrs" adı ilə yaradıb. O təqaüdə gedəndə dedi ki, "istəmirəm mənim qoyduğum adla davam etsin". Açığı, bu fikirlə razılaşmamışdım. Amma gördük ki, anlaşılmazlıqlar yaranır, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə adını dəyişdik "Qorqud" etdik". Qeyd edək ki, 2014-cü ildən Nuriyyə Hüseynovanın rəhbərliyi ilə kollektiv "Qorqud" adı altında fəaliyyətini davam etdirib. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESCO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil edib, ansamblın UNESCO tərəfindən kompakt-diski buraxılıb.Kollektiv 2005-ci ildə Düşənbədə keçirilən "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış edib.2018-ci ildə UNESCO-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 25 illiyi ilə əlaqədar konsertdə, 2019-cu ildə İstanbulda keçirilən Azərbaycan Kültür Dərnəyinin yaranmasının 80 illiyi ilə əlaqədar tədbirdə, 2019-cu ildə Türkiyənin Şanlıurfa şəhərində keçirilən "Müziğin İzinde 4 Kardeş Şehir" adlı konsertdə və Türkiyənin Camal Rəşid Rey adına İstanbul konsert salonunda çıxış edib.Bundan başqa, 2016-cı ildə Türkənistaın Marı şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar konsertdə uğurlu çıxışına görə Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov tərəfindən xüsusi mükafata layiq görülüb.2014-cü ildən Türkiyənin Ankara şəhərinin Yunus Əmrə bələdiyyəsi ilə əməkdaşlıq edərək ənənəvi olaraq hər il keçirilən konsertlərdə çıxış edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42263/04/422630444_206:0:1979:1330_1920x0_80_0_0_ccdaf1784cf3c4448fafa7192ca5c72d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qədim, dövlət instrumental ansamblı, irs, dədə qorqud
qədim, dövlət instrumental ansamblı, irs, dədə qorqud
Qırx ildən artıq fəaliyyət göstərmiş kollektivin taleyi necə olacaq? - VİDEO
Adil Kərimli ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib.
BAKI, 5 mart — Sputnik. Bir neçə gün əvvəl "Qorqud" ansamblının fəaliyyətinin bərpası məsələsinə Mədəniyyət Nazirliyi səviyyəsində baxılacağı vəd edilib. Belə ki, Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Əməkdar artist Nuriyyə Hüseynova 40 ildən artıqdır fəaliyyət göstərən ansamblın fəaliyyətinə bu ilin əvvəllərində xitam verildiyini qeyd edib. Əməkdar artist nazirlik səviyyəsində bu məsələyə baxılmasını xahiş edib.
Mədəniyyət nazirinin birinci müavini və hazırda nazir vəzifələrini icra edən Adil Kərimli öz növbəsində ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun "Qorqud" ("İrs") ansamblının rəhbəri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti, Əməkdar artist Nuriyyə Hüseynova ilə həmsöhbət olduq.
Nuriyyə xanım bildirir ki, ansambl 1976-2014-cü illərdə "İrs" folklor ansamblı adı altında fəaliyyət göstərib. Ansamblın yaradıcıları Rəşid Nəsiboğlu və Sidqi Mustafayev olub.
"Yarandığı gündən efirə çıxan "İrs" ansamblı daim qədimliyi çox böyük sayğı, sevgi ilə tamaşaçılara, dinləyicilərə çatdırıb. O ansanblın ən parlaq siması Mələkxanım Əyyubova olub. Bundan başqa, Ağakərim Hafiz, Əvəzxan Xankişiyev kimi ifaçılar bu ansamblda fəaliyyət göstəriblər. Folklor İnstitutunun "Qorqud" ansamblı qədim musiqi alətlərinin, unudulmaqda olan xalq mahnılarının, meydan tamaşalarının rekonstruksiyası və xalqa təqdim edilməsi istiqamətində fəaliyyət göstərir. Biz xarici ölkərdə, Novruz şənliklərində çıxış edirdik. Yarandığı gündən cari ilin yanvar ayına qədər biz hər il onlarla konsertlərlə çıxış etmişik".
Əməkdar artistin sözlərinə görə, yanvar ayında Milli Elmlər Akademiyasında aparılan islahatlar ansanbl üçün təsirsiz ötüşməyib:
"Muqisi-folklor şöbəsini bağladılar. Biz də həmin şöbəyə bağlı olduğumuza görə, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə "Qorqud" ansamblının da fəaliyyətinə xitam verildi. Bir neçə gün əvvəl təşkil olunan tədbirdə nazir vəzifəsini əvəz edən cənab Adil Kərimlidən xahiş etdim ki, ansanblımız hər hansısa bir dövlət qurumunun tərkibinə daxil olsun".
Ansanblın adına gəldikdə isə Nuriyyə xanım bildirir ki, adın dəyişdirilməsi Sidqi Mustafayevin təklifi ilə olub:
"Sidqi müəllimgil bu ansanblı yaradanda "İrs" adı ilə yaradıb. O təqaüdə gedəndə dedi ki, "istəmirəm mənim qoyduğum adla davam etsin". Açığı, bu fikirlə razılaşmamışdım. Amma gördük ki, anlaşılmazlıqlar yaranır, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə adını dəyişdik "Qorqud" etdik".
Qeyd edək ki, 2014-cü ildən Nuriyyə Hüseynovanın rəhbərliyi ilə kollektiv "Qorqud" adı altında fəaliyyətini davam etdirib.
2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESCO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil edib, ansamblın UNESCO tərəfindən kompakt-diski buraxılıb.
Kollektiv 2005-ci ildə Düşənbədə keçirilən "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış edib.
2018-ci ildə UNESCO-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 25 illiyi ilə əlaqədar konsertdə, 2019-cu ildə İstanbulda keçirilən Azərbaycan Kültür Dərnəyinin yaranmasının 80 illiyi ilə əlaqədar tədbirdə, 2019-cu ildə Türkiyənin Şanlıurfa şəhərində keçirilən "Müziğin İzinde 4 Kardeş Şehir" adlı konsertdə və Türkiyənin Camal Rəşid Rey adına İstanbul konsert salonunda çıxış edib.
Bundan başqa, 2016-cı ildə Türkənistaın Marı şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar konsertdə uğurlu çıxışına görə Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov tərəfindən xüsusi mükafata layiq görülüb.
2014-cü ildən Türkiyənin Ankara şəhərinin Yunus Əmrə bələdiyyəsi ilə əməkdaşlıq edərək ənənəvi olaraq hər il keçirilən konsertlərdə çıxış edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.