https://sputnik.az/20230305/ermenistanda-qizilca-xesteliyi-suretle-artmaga-baslayib-452391432.html
Ermənistanda qızılca xəstəliyi sürətlə artmağa başlayıb
Ermənistanda qızılca xəstəliyi sürətlə artmağa başlayıb
Sputnik Azərbaycan
Ermənistanın Səhiyyə Nazirliyi bəyan edib ki, ölkədə qızılcaya qarşı peyvənd olunmayanlar risk altındadır. 05.03.2023, Sputnik Azərbaycan
2023-03-05T12:13+0400
2023-03-05T12:13+0400
2023-03-05T12:18+0400
dünya xəbərləri
ermənistan
qızılca
https://cdnn1.img.sputnik.az/img/42365/41/423654145_0:136:2949:1794_1920x0_80_0_0_56ca33b4b1128c7a44a7a4e31a4292e1.jpg
BAKI, 5 mart - Sputnik. Ermənistanda qızılcaya qarşı peyvənd olunmamış insanlar risk altındadırlar və xaricə səfər zamanı yoluxa bilərlər.Sputnik Ermənistan-ın yaydığı məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin şöbə müdiri Svetlana Qriqoryan məlumat verib.Onun sözlərinə görə, son günlər qızılcaya yoluxmuş Ermənistan vətəndaşlarının heç biri peyvənd olunmayıb. Xəstəlik ölkəyə xaricdən, yoluxmuş şəxslərlə gətirilib.Qriqoryan qeyd edib ki, 2007-ci ildən Ermənistanda qızılcaya yoluxmanın yerli ocaqları yoxdur, lakin xaricdən bir neçə yoluxma halı qeydə alınıb.Bir qayda olaraq, infeksiya qızılcaya qarşı peyvənd olunmayanlar arasında yayılır.“Mövcud vəziyyət istisna deyil. Qızılca yenə gətirilib, indi bunun hansı ölkə olduğu araşdırılır. Yoluxmuş insanlar heç biri peyvənd olunmayıb. Onların arasında həm uşaqlar, həm də böyüklər var”, - mütəxəssis qeyd edib.Ermənistan Səhiyyə Nazirliyi vətəndaşları uşaqların peyvənd olunması üçün poliklinikalara müraciət etməyə çağırıb. Nazirlik xatırladıb ki, adi peyvəndlər bir yaşlı körpələr və 4-6 yaşlı uşaqlar üçün aparılır. Eyni zamanda, qızılca xəstələri ilə təmasda olan, həmçinin 2 doza vaksinasiya olunmayanların da peyvənd edilməsi lazımdır.Qeyd edək ki, Ermənistanda qızılcaya yoluxanların sayı 18 nəfərə çatıb.Qızılca səpki, quru öskürək və qızdırma ilə müşayiət olunan yoluxucu xəstəlikdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42365/41/423654145_0:0:2729:2047_1920x0_80_0_0_4bda1de2fb3edf38b11d880e0b72d491.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, qızılca
Ermənistanda qızılca xəstəliyi sürətlə artmağa başlayıb
12:13 05.03.2023 (Yenilənib: 12:18 05.03.2023) Ermənistanın Səhiyyə Nazirliyi bəyan edib ki, ölkədə qızılcaya qarşı peyvənd olunmayanlar risk altındadır.
BAKI, 5 mart - Sputnik. Ermənistanda qızılcaya qarşı peyvənd olunmamış insanlar risk altındadırlar və xaricə səfər zamanı yoluxa bilərlər.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin şöbə müdiri Svetlana Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, son günlər qızılcaya yoluxmuş Ermənistan vətəndaşlarının heç biri peyvənd olunmayıb. Xəstəlik ölkəyə xaricdən, yoluxmuş şəxslərlə gətirilib.
Qriqoryan qeyd edib ki, 2007-ci ildən Ermənistanda qızılcaya yoluxmanın yerli ocaqları yoxdur, lakin xaricdən bir neçə yoluxma halı qeydə alınıb.
Bir qayda olaraq, infeksiya qızılcaya qarşı peyvənd olunmayanlar arasında yayılır.
“Mövcud vəziyyət istisna deyil. Qızılca yenə gətirilib, indi bunun hansı ölkə olduğu araşdırılır. Yoluxmuş insanlar heç biri peyvənd olunmayıb. Onların arasında həm uşaqlar, həm də böyüklər var”, - mütəxəssis qeyd edib.
Ermənistan Səhiyyə Nazirliyi vətəndaşları uşaqların peyvənd olunması üçün poliklinikalara müraciət etməyə çağırıb. Nazirlik xatırladıb ki, adi peyvəndlər bir yaşlı körpələr və 4-6 yaşlı uşaqlar üçün aparılır. Eyni zamanda, qızılca xəstələri ilə təmasda olan, həmçinin 2 doza vaksinasiya olunmayanların da peyvənd edilməsi lazımdır.
Qeyd edək ki, Ermənistanda qızılcaya yoluxanların sayı 18 nəfərə çatıb.
Qızılca səpki, quru öskürək və qızdırma ilə müşayiət olunan yoluxucu xəstəlikdir.