https://sputnik.az/20230305/bmt-nin-bas-katibi-kasib-olkelere-yardim-etmeye-cagirdi-452393118.html
BMT-nin Baş Katibi kasıb ölkələrə yardım etməyə çağırdı
BMT-nin Baş Katibi kasıb ölkələrə yardım etməyə çağırdı
Sputnik Azərbaycan
Quterreş bildirib ki, BVF-nin xüsusi borc alma hüquqlarının inkişaf etmiş ölkələrdən onlara daha çox ehtiyacı olan az inkişaf etmiş ölkələrə keçidini... 05.03.2023, Sputnik Azərbaycan
2023-03-05T15:35+0400
2023-03-05T15:35+0400
2023-03-05T15:35+0400
bmt
dünya xəbərləri
kasıb
ölkə
yardım
antonio quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1208_1920x0_80_0_0_d70294743aa48e506e7db197ab644e92.jpg
BAKI, 5 mart - Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq inkişaf banklarını maliyyə vəsaitlərinin ən az inkişaf etmiş ölkələrə "məqbul qiymətlə" axmasını təmin etmək üçün biznes modellərini dəyişdirməyə çağırıb. RİA "Novosti" xəbər verir ki, bu sözləri Quterreş Qətərdə keçirilən Beşinci Ən Az İnkişaf etmiş Ölkələrin İnkişaf Konfransının açılışında çıxışı zamanı deyib. BMT-nin Baş Katibi beynəlxalq maliyyə institutlarını pandemiya və təbii fəlakətlər kimi gözlənilməz hallar da daxil olmaqla maliyyələşdirməni genişləndirmək üçün kreativ yollar tapmağa və bu cür fövqəladə hallar baş verdikdə dövlətlərə dəstək üçün müddəaları borc alətlərinə daxil etməyə çağırıb. Quterreş bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borc alma hüquqlarının inkişaf etmiş ölkələrdən onlara daha çox ehtiyacı olan az inkişaf etmiş ölkələrə keçidini sürətləndirməyə, eləcə də ən az inkişaf etmiş ölkələrin inkişaf etmiş ölkələrdən səkkiz dəfə az kredit aldığı "dərin qərəzli" qlobal maliyyə sistemini transformasiya etməyə daha çox ehtiyac var. Quterreş çıxışında zəngin ölkələri hər il kasıb ölkələrə 500 milyard dollar ayırmağa çağırıb. Ən az inkişaf etmiş ölkələrin sonuncu konfransı koronavirus pandemiyasından əvvəl, 2019-cu ildə keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1610_1920x0_80_0_0_3aaf8b468609074205b24c31bcde9a12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, kasıb, ölkə, yardım, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
bmt, kasıb, ölkə, yardım, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
BMT-nin Baş Katibi kasıb ölkələrə yardım etməyə çağırdı
Quterreş bildirib ki, BVF-nin xüsusi borc alma hüquqlarının inkişaf etmiş ölkələrdən onlara daha çox ehtiyacı olan az inkişaf etmiş ölkələrə keçidini sürətləndirməyə daha çox ehtiyac var.
BAKI, 5 mart - Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq inkişaf banklarını maliyyə vəsaitlərinin ən az inkişaf etmiş ölkələrə "məqbul qiymətlə" axmasını təmin etmək üçün biznes modellərini dəyişdirməyə çağırıb. RİA "Novosti" xəbər verir ki, bu sözləri Quterreş Qətərdə keçirilən Beşinci Ən Az İnkişaf etmiş Ölkələrin İnkişaf Konfransının açılışında çıxışı zamanı deyib.
BMT-nin Baş Katibi beynəlxalq maliyyə institutlarını pandemiya və təbii fəlakətlər kimi gözlənilməz hallar da daxil olmaqla maliyyələşdirməni genişləndirmək üçün kreativ yollar tapmağa və bu cür fövqəladə hallar baş verdikdə dövlətlərə dəstək üçün müddəaları borc alətlərinə daxil etməyə çağırıb.
Quterreş bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borc alma hüquqlarının inkişaf etmiş ölkələrdən onlara daha çox ehtiyacı olan az inkişaf etmiş ölkələrə keçidini sürətləndirməyə, eləcə də ən az inkişaf etmiş ölkələrin inkişaf etmiş ölkələrdən səkkiz dəfə az kredit aldığı "dərin qərəzli" qlobal maliyyə sistemini transformasiya etməyə daha çox ehtiyac var.
Quterreş çıxışında zəngin ölkələri hər il kasıb ölkələrə 500 milyard dollar ayırmağa çağırıb.
Ən az inkişaf etmiş ölkələrin sonuncu konfransı koronavirus pandemiyasından əvvəl, 2019-cu ildə keçirilib.