https://sputnik.az/20230305/azerbaycan-urek-xesteliklerinden-olume-gore-ikinci-yerdedir---nfoqrafka-452370540.html
Azərbaycan ürək xəstəliklərindən ölümə görə ikinci yerdədir - İNFOQRAFİKA
Azərbaycan ürək xəstəliklərindən ölümə görə ikinci yerdədir - İNFOQRAFİKA
Sputnik Azərbaycan
Statistik rəqəmlərinə görə dünyaca məşhur və ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy"nin məlumatına görə, ölkəmizlə bağlı vəziyyət heç... 05.03.2023, Sputnik Azərbaycan
2023-03-05T09:29+0400
2023-03-05T09:29+0400
2023-03-06T10:45+0400
üst
cəmiyyət
ürək-damar xəstəlikləri
infarkt
həkim
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438436749_0:0:3159:1777_1920x0_80_0_0_5f13982faadabbc339f7276c5020ce39.jpg
BAKI, 5 mart — Sputnik. Bir neçə gün əvvəl din xadimi Hacı Şahin Həsənlinin ölüm xəbəri böyük ictimai rezonansa səbəb olub. Tanınmış din xadiminin ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. Tibb elmləri doktoru, ürək və damar cərrahı, millət vəkili Rəşad Mahmudovun sosial şəbəkə hesabından paylaşdığı status da böyük marağa səbəb olub. Həkim paylaşımında aparılan ilkin tibbi araşdırmalardan sonra hadisənin heç də "qəfil və sirli" olmadığını qeyd edib.Onun sözlərinə görə, Hacı Şahin Həsənli uzun illərdən bəri, 2016-cı ildən dəfələrlə ürək şikayətləri ilə əlaqəddar həkimlərə müraciət edib. Hər dəfə ona anjioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilsə də, mərhum hər dəfə bir bəhanə ilə müayinədən yayınıb.Həkim bildirir ki, ölümündən öncəki gün yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma xəstəxanada yatmağının vacibliyi vurğulansa da, o ilkin yardımdan sonra - ürək ağrısı keçdikdə öz istəyi və yaxınlarının imza atdığı sənədə əsasən evə buraxılıb.R.Mahmudov qeyd edir ki, analizlərin cavabına əsasən Hacı Şahinin troponin dəyərinin normadan yüksək olduğu məlum olub.Səbəb nədir və nə etməliyik?İnvaziv kardioloq İlqar Tahiroğlu Sputnik Azərbaycan-ın ölkəmizdə ürək xəstəliklərinin artım dinamikası və insanlarda cavan yaşlarda rast gəlinməsi məsələlərinə münasibət bildirib.Həkimin sözlərinə görə, ürək, hazırda Azərbaycanda qan-damar xəstəliklərində artım, bu xəstəliklərin yaşında isə cavanlaşma müşahidə edilir:"Burada genetik faktorlar, xroniki xəstəliklər - xüüsusən də şəkər əsas rol oynayan amillərdəndir. Son illərdə insanların daha çox oturaq həyat yaşaması da ürək xəstəliklərinin yaranması və bundan ölümə səbəb olan amillər sırasındadır".Daha sonra mütəxəssis əksər insanların demək olar ki, piyada gəzmədiyinə diqqət çakib:Həkim bildirir ki, xroniki xəstəliklər və qidalarla yanaşı məsuliyyətsizlik amilinin də ürək xəstəlikləri və bundan baş verən ölümlərdə xüsusi çəkisi var:İ.Tahiroğlunun sözlərinə görə, bəzən müəyyən ürək xəstəlikləri gizlin şəkildə gedir:"Xüsusən də şəkər xəstələri sinir uclarında yaranmış zədələmələrə görə ürək ağrılarını hiss etmirlər. Belə xəstələrdə şiddətli infarkt da gizlin şəkildə gedir. Soyuq tər, halsızlıq kimi simptomlara həssas yanaşmaq lazımdır". Həmsöhbətimiz bildirir ki, digər xəstələrdə isə əsas əlamətlər göynəmə, ağrı, yol getdikdə, pilləkən qalxdıqda tıxanma, boğulma, təngnəfəslik, özündəngetmə, başfırlanmadır. Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy"nin məlumatlarına görə, ölkəmizlə sözügedən xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil.Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi isə 388.41 olub.Rusiya isə 204.50 reytinq dərəcəsi ilə siyahıda 27-ci yerdə qərarlaşıb və bununla ürək, qan-damar sistmei xəstəliklərinə görə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri hesab edilib.Ən riskli ölkələr sırasında Ukrayna 4-cü, Gürcüstan 24-cü, Ermənistan 28-ci olub. Türkiyə isə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinqdə 127-ci yerdə qərarlaşıb. Ölkədə son vəziyyətlə bağlı yerli qurumlar nə deyir? Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Odur ki, Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırır. Statistikaya görə, dünyada və o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın sözlərinə görə, ilkin səhiyyə xidməti üzrə aparılan araşdırmalar göstərir ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur və ölüm hadisəsi baş verdikdə digər insanlar bunu “vaxtsız gələn ölüm” hesab edir: Onun sözlərinə görə, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir:"Ailə (sahə) həkimləri onları müvafiq tibbi müayinələrdə keçirir, lazım olduğu təqdirdə həkim-kardiolaqa , müvafiq qan analizlərinə yönləndirir. Xəstələrin müvafiq olaraq elektrokardioqramma və exokardioqrafiya müayinələrindən keçirilməsi onlarda sonradan ağır fəsadlara səbəb ola biləcək ürək-damar xəstəliklərinin aşkarlanmasına səbəb olur. Çox yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan keçsin”. Həim qeyd edir ki, ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var."Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir". Dünyada ürək xəstəliklərindən nə qədər ölüm halı qeydə alınır? Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il 17.9 milyon şəxs ürək, qan-damar sistemi xəstəliklərindən dünyasını dəyişir. ÜST ürək və qan-damar sistemi xəstəliklərinin yaranması və ölümlərə səbəb amilləri belə sadalayır: ÜST vaxtsız ölümün qarşısını almaq üçün çıxış yollarını da qeyd edir. Belə ki, bunun üçün alkaqol və tütündən imtina edilməli, qida rasionunda duzun miqdarı azaldılmalı, daha çox meyvə və tərəvəz yeməyə üstünlük verilməlidir, davamlı olaraq fiziki aktiv həyat tərzi sürülməlidir. Daha sağlam yaşamaq, daha uzun ömürlü olmaq elə öz əlimizdədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438436749_428:0:3159:2048_1920x0_80_0_0_e4554a1ea1f5f65fe673081fc2bd4876.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, ürək-damar xəstəlikləri, infarkt, həkim
üst, ürək-damar xəstəlikləri, infarkt, həkim
Azərbaycan ürək xəstəliklərindən ölümə görə ikinci yerdədir - İNFOQRAFİKA
09:29 05.03.2023 (Yenilənib: 10:45 06.03.2023) Statistik rəqəmlərinə görə dünyaca məşhur və ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy"nin məlumatına görə, ölkəmizlə bağlı vəziyyət heç də ürəkaçan deyil.
BAKI, 5 mart — Sputnik. Bir neçə gün əvvəl din xadimi Hacı Şahin Həsənlinin ölüm xəbəri böyük ictimai rezonansa səbəb olub. Tanınmış din xadiminin ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Tibb elmləri doktoru, ürək və damar cərrahı, millət vəkili Rəşad Mahmudovun sosial şəbəkə hesabından paylaşdığı status da böyük marağa səbəb olub. Həkim paylaşımında aparılan ilkin tibbi araşdırmalardan sonra hadisənin heç də "qəfil və sirli" olmadığını qeyd edib.
Onun sözlərinə görə, Hacı Şahin Həsənli uzun illərdən bəri, 2016-cı ildən dəfələrlə ürək şikayətləri ilə əlaqəddar həkimlərə müraciət edib. Hər dəfə ona anjioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilsə də, mərhum hər dəfə bir bəhanə ilə müayinədən yayınıb.
Həkim bildirir ki, ölümündən öncəki gün yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma xəstəxanada yatmağının vacibliyi vurğulansa da, o ilkin yardımdan sonra - ürək ağrısı keçdikdə öz istəyi və yaxınlarının imza atdığı sənədə əsasən evə buraxılıb.
R.Mahmudov qeyd edir ki, analizlərin cavabına əsasən Hacı Şahinin troponin dəyərinin normadan yüksək olduğu məlum olub.
Səbəb nədir və nə etməliyik?
İnvaziv kardioloq İlqar Tahiroğlu Sputnik Azərbaycan-ın ölkəmizdə ürək xəstəliklərinin artım dinamikası və insanlarda cavan yaşlarda rast gəlinməsi məsələlərinə münasibət bildirib.
Həkimin sözlərinə görə, ürək, hazırda Azərbaycanda qan-damar xəstəliklərində artım, bu xəstəliklərin yaşında isə cavanlaşma müşahidə edilir:
"Burada genetik faktorlar, xroniki xəstəliklər - xüüsusən də şəkər əsas rol oynayan amillərdəndir. Son illərdə insanların daha çox oturaq həyat yaşaması da ürək xəstəliklərinin yaranması və bundan ölümə səbəb olan amillər sırasındadır".
Daha sonra mütəxəssis əksər insanların demək olar ki, piyada gəzmədiyinə diqqət çakib:
"Bundan başqa, yediyimiz qidaların da təsiri danılmazdır. Xüsusən də "fast-food" qidaları buna misal olaraq göstərə bilərik. Bundan başqa, siqaret, yüksək təzyiq, xolesterin səviyyəsinin yüksəkliyi, gənc yaşlarda energetik içkilərin qəbulu, qəlyan, narkotik istifadəsi infakta səbəb olur. Bunun qarşısını almaq üçün vaxtında - ağrını hiss etdikdə dərhal xəstəxanaya müraciət edilməlidir və həkim tövsiyəsi əsasında müayinə və müalicə davam etdirilməlidir. Qeyd edim ki, son zamanlar, xüsusən də gənclər arasında energetik içkilər, narkotiklə əlaqədar ürək xəstəliyinə görə müraciətlər daxil olur, onlar arasında ölüm halları da qeydə alınır".
Həkim bildirir ki, xroniki xəstəliklər və qidalarla yanaşı məsuliyyətsizlik amilinin də ürək xəstəlikləri və bundan baş verən ölümlərdə xüsusi çəkisi var:
"Xəstə həkimin yanından evə qayıtdıqda, "müalicəyə daha sonra başlayaram" deyir, sonra isə damarlar tıxandıqdan sonra, kəskin miokard infarktı ilə xəstə yenidən həkimə müraciət edir. Belə olan halda təbii ki, xəstə vaxt itirir".
İ.Tahiroğlunun sözlərinə görə, bəzən müəyyən ürək xəstəlikləri gizlin şəkildə gedir:
"Xüsusən də şəkər xəstələri sinir uclarında yaranmış zədələmələrə görə ürək ağrılarını hiss etmirlər. Belə xəstələrdə şiddətli infarkt da gizlin şəkildə gedir. Soyuq tər, halsızlıq kimi simptomlara həssas yanaşmaq lazımdır".
Həmsöhbətimiz bildirir ki, digər xəstələrdə isə əsas əlamətlər göynəmə, ağrı, yol getdikdə, pilləkən qalxdıqda tıxanma, boğulma, təngnəfəslik, özündəngetmə, başfırlanmadır.
Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy"nin məlumatlarına görə, ölkəmizlə sözügedən xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil.
Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi isə 388.41 olub.
Rusiya isə 204.50 reytinq dərəcəsi ilə siyahıda 27-ci yerdə qərarlaşıb və bununla ürək, qan-damar sistmei xəstəliklərinə görə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri hesab edilib.
Ən riskli ölkələr sırasında Ukrayna 4-cü, Gürcüstan 24-cü, Ermənistan 28-ci olub. Türkiyə isə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinqdə 127-ci yerdə qərarlaşıb.
Ölkədə son vəziyyətlə bağlı yerli qurumlar nə deyir?
Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Odur ki, Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırır.
Statistikaya görə, dünyada və o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın sözlərinə görə, ilkin səhiyyə xidməti üzrə aparılan araşdırmalar göstərir ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur və ölüm hadisəsi baş verdikdə digər insanlar bunu “vaxtsız gələn ölüm” hesab edir:
“Bəzən ürəklə bağlı ölümləri insanlar “vaxtsız gələn ölüm” hesab edirlər. Əslində bu belə deyil. Bu xəstəliklərdə erkən diaqnoz önəmlidir. İnsanların çoxu buna o qədər də əhəmiyyət vermir. Vaxtında profilaktik müayinələrdən keçmir, ilkin tibbi xidmətlərdən müntəzəm yararlanmır. Halbuki erkən diaqnozun qoyulması onları həyati təhlükələrdən xilas edə bilər. Biz, ilkin səhiyyə xidməti müəssisələri olaraq, vətəndaşlarımızı vaxtında tibbi müayinələrdən keçməyə çağırırıq”.
Onun sözlərinə görə, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir:
"Ailə (sahə) həkimləri onları müvafiq tibbi müayinələrdə keçirir, lazım olduğu təqdirdə həkim-kardiolaqa , müvafiq qan analizlərinə yönləndirir. Xəstələrin müvafiq olaraq elektrokardioqramma və exokardioqrafiya müayinələrindən keçirilməsi onlarda sonradan ağır fəsadlara səbəb ola biləcək ürək-damar xəstəliklərinin aşkarlanmasına səbəb olur. Çox yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan keçsin”.
Həim qeyd edir ki, ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var.
"Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir".
Dünyada ürək xəstəliklərindən nə qədər ölüm halı qeydə alınır?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il 17.9 milyon şəxs ürək, qan-damar sistemi xəstəliklərindən dünyasını dəyişir. ÜST ürək və qan-damar sistemi xəstəliklərinin yaranması və ölümlərə səbəb amilləri belə sadalayır:
Fiziki aktivliyin olmaması
ÜST vaxtsız ölümün qarşısını almaq üçün çıxış yollarını da qeyd edir. Belə ki, bunun üçün alkaqol və tütündən imtina edilməli, qida rasionunda duzun miqdarı azaldılmalı, daha çox meyvə və tərəvəz yeməyə üstünlük verilməlidir, davamlı olaraq fiziki aktiv həyat tərzi sürülməlidir.
Daha sağlam yaşamaq, daha uzun ömürlü olmaq elə öz əlimizdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.