CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Açıq-saçıq geyinən sənət adamlarına qadağa qoyula bilərmi? - Qadağa, yoxsa İctimai qınaq?

© Sputnik / Evgeny Biatov / Mediabanka keçidMini-ətək geyinmiş qadın, arxiv şəkli
Mini-ətək geyinmiş qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.03.2023
Abunə olmaq
Mətbuat Şurasının sədr müavini bildirir ki, ictimai əxlaqın pozulmasına yönəlik addımlar yolverilməzdir.
BAKI, 5 mart — Sputnik. Özbəkistanda müğənni Kaniza Əhmədovanın açıq geyiminə görə 1 ay səhnəyə çıxa bilməyəcək. Qərarı Özbəkistanın mədəniyyət nazirinin müavini Bahodır Əhmədov elan edib. Beləliklə, Kaniza Əhmədovanın lisenziyasının ləğvi barədə qərarı yekdilliklə təsdiqləyiblər. Ona ciddi xəbərdarlıq edilib. Bu hal ikinci dəfə təkrarlanarsa, cəza müddəti daha çox ola bilər. Bəs görəsən, Azərbaycanda geyimə görə sənət adamlarına hansısa qadağa qoyula bilərmi?
Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Nizami Cəfərov bildirir ki, Azərbaycanda heç vaxt kəskin qadağalar qoymaqla hansısa problemi həll etmək olmur. Deputat əlavə edir ki, Özbəkistan bizə qardaş ölkədir, amma elə məsələlər var ki, bizə nümunə ola bilməz:

"Düşünürəm ki, Azərbaycan Mədəniyyət nazirliyi sabah məsələ qaldırsa ki, Özbəkistandakı qanun tətbiq olunsun, heç bir faydası olmayacaq. Halbuki, bizə lazımdır".

© Photo : APAFilologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov
Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami Cəfərov
Qadağa, yoxsa İctimai qınaq?
Deputat bildirir ki, Azərbaycanda ictimai qınaq qadağalardan daha təsirlidir:

"Biz adət etmişik ki, nəsə olanda onu qadağa ilə yox, ictimai qınaqla həll edək. Bundan başqa, televiziyların özlərinin rəhbərliyinin məsələyə qarışması ilə bunun qarşısını almaq olar. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, İctimai Şuralar yaradılsın. Amma İctimai Şura da peşəkar olmaldır. İctiami Şura yaradılar, amma onun tərkibində elə insanlar olar ki, geyimdən anlayışı olmaya bilər. Hansı geyimin harada geyinilməsini bilməz. Mən Mədəniyyət komitəsinin sədri olan vaxt mənə tez-tez məktublar gəlirdi ki, filankəs niyə belə geyinib. Mən də baxırdım ki, tənqid olunan sənətçinin geyimi normal geyimdir. Müəyyən yaşlı insanlar, mühafizəkar insanlar az qala deyirlər ki, sənətçi efirə hicabla çıxsın. Yəni, elə kəskin fikirlərə də getmək olmaz".

Əməkdar artist Elnarə Abdullayeva bizdə belə bir qadağanın mümkün olmadığını söyləyir:

"Biz Avropaya intiqrasiya edən ölkəyik. Gəlin etiraf edək ki, Özbəkistan əksər məsələlərdə bizdən geridədir. Biz onlarla ayaqlaşmamalıyıq. Bizdə belə bir qadağa ola bilməz. Geyim müğənninin şəxsi seçimidir. Özü bilər, buna nə nazirlik, nə də hanısa bir qurum qarışa bilər. Hər kəs öz janrına uyğun geyinir. Onsuz da açıq geyinən müğənnini cəmiyyət qınayır. Amma o müğənni bu qınaqdan nəticə çıxarmır".

© Photo : Instagram / elnare.abdullayevaofficialElnarə Abdullayeva, arxiv şəkli
Elnarə Abdullayeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Elnarə Abdullayeva, arxiv şəkli
Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli açıqlamasında bildirir ki, sənət adamlarının geyim məsələsi KİV-lərin özlərinin daxili siyasəti ilə tənzimlənən məsələdir. Azərbaycanda bununla bağlı qanun yoxdur:

"Məsələnin nə vaxtsa gündəmə gələcəyini də düşünmürəm. Azərbaycan demokratik ölkədir. Dünyada necə tənzimlənirsə, bizdə də o formadadır. KİV təqdim etdiyi müğənni ilə, yayımladığı materiallarla özünün auditoriyasının zövqünü uyğunlaşdırır. Hər KİV qurumu da bilir ki, onun auditoriyasının zövqü nədir və ona uyğun materiallar verir".

© musavat.comMüşfiq Ələsgərli
Müşfiq Ələsgərli - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Müşfiq Ələsgərli
İttifaq sədri bildirib ki, məsələnin digər tərəfi Azərbaycanda ictimai münasibətlərin tənzimlənməsinə həsr olunmuş çoxsaylı qanunların olmasıdır:
"Təbii ki, ictimai əxlaqın pozulmasına yönəlik addımlar yolverilməzdir. Bu baxımdan da KİV özlərinin efir siyasətini formalaşdırarkən cəmiyyətə təqdim etdikləri məhsullarda ictimai əxlaq məsələlərini nəzərə almaldırlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0