https://sputnik.az/20230304/xarici-jurnalistler-gencede-raket-hucumlarina-meruz-qalmis-erazilerde-olublar-452366273.html
Xarici jurnalistlər Gəncədə raket hücumlarına məruz qalmış ərazilərdə olublar
Xarici jurnalistlər Gəncədə raket hücumlarına məruz qalmış ərazilərdə olublar
Sputnik Azərbaycan
2020-ci ilin oktyabrında törədilmiş bu raket hücumları nəticəsində 10-u qadın və 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 130-dan çox insan yaralanıb. 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T10:37+0400
2023-03-04T10:37+0400
2023-03-04T10:42+0400
cəmiyyət
gəncə
raket
terror
jurnalistlər
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425110722_0:0:2894:1628_1920x0_80_0_0_54a8c46c5f2254bd443ca7d7525d2ccd.jpg
BAKI, 4 mart - Sputnbik. Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist dünən baş tutan Ağdama bir günlük səfərdən sonra Gəncə şəhərinə gəlib və Ermənistanın raket zərbələri endirdiyi ərazilərdə olublar. Xarici jurnalistlərə bu faciəvi hadisələr barədə məlumat verilib. Jurnalistlər günahsız dinc əhaliyə qarşı törədilən hərbi cinayətin nəticələrini öz gözləri ilə görüblər. "Burada əvvəllər istirahət parkı, yaşayış məhəlləsi olub. Ermənistan silahlı qüvvələri bura gecə saat 1 radələrində, hamı yatarkən zərbə endirməyə başlayıb", - Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadıgar Bədəlov jurnalistlərə bildirib. O həmçinin qonaqlara hadisə qurbanlarının fotoşəkilləri yerləşdirilmiş fotostendi nümayiş etdirərək vurğulayıb ki, 2020-ci ilin oktyabrında törədilmiş bu raket hücumları nəticəsində 10-u qadın və 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 130-dan çox insan yaralanıb. Y.Bədəlov yaxın zamanda bu ərazidə raket hücumu qurbanlarının xatirəsinə həsr olunmuş xatirə muzeyinin tikintisinə başlanılacağını söyləyib (report). Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncə 4 dəfə ermənilər tərəfindən hücuma məruz qalıb. Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olub. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın olub. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425110722_329:0:2894:1924_1920x0_80_0_0_5ec42be86a3545d6fb56cde182d9bd66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gəncə, raket, terror, jurnalistlər
gəncə, raket, terror, jurnalistlər
Xarici jurnalistlər Gəncədə raket hücumlarına məruz qalmış ərazilərdə olublar
10:37 04.03.2023 (Yenilənib: 10:42 04.03.2023) 2020-ci ilin oktyabrında törədilmiş bu raket hücumları nəticəsində 10-u qadın və 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 130-dan çox insan yaralanıb.
BAKI, 4 mart - Sputnbik. Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist dünən baş tutan Ağdama bir günlük səfərdən sonra Gəncə şəhərinə gəlib və Ermənistanın raket zərbələri endirdiyi ərazilərdə olublar. Xarici jurnalistlərə bu faciəvi hadisələr barədə məlumat verilib.
Jurnalistlər günahsız dinc əhaliyə qarşı törədilən hərbi cinayətin nəticələrini öz gözləri ilə görüblər.
"Burada əvvəllər istirahət parkı, yaşayış məhəlləsi olub. Ermənistan silahlı qüvvələri bura gecə saat 1 radələrində, hamı yatarkən zərbə endirməyə başlayıb", - Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadıgar Bədəlov jurnalistlərə bildirib.
O həmçinin qonaqlara hadisə qurbanlarının fotoşəkilləri yerləşdirilmiş fotostendi nümayiş etdirərək vurğulayıb ki, 2020-ci ilin oktyabrında törədilmiş bu raket hücumları nəticəsində 10-u qadın və 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 130-dan çox insan yaralanıb.
Y.Bədəlov yaxın zamanda bu ərazidə raket hücumu qurbanlarının xatirəsinə həsr olunmuş xatirə muzeyinin tikintisinə başlanılacağını söyləyib (report).
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncə 4 dəfə ermənilər tərəfindən hücuma məruz qalıb. Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olub. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın olub. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.