https://sputnik.az/20230304/usaqlar-ve-yeniyetmeler-arasinda-vereme-yoluxma-hallari-azalib---nazir-muavini-452368273.html
Uşaqlar və yeniyetmələr arasında vərəmə yoluxma halları azalıb - Nazir müavini
Uşaqlar və yeniyetmələr arasında vərəmə yoluxma halları azalıb - Nazir müavini
Sputnik Azərbaycan
Səhiyyə nazirinin müavini bildirib ki, ölkəmizdə uşaqlar və yeniyetmələr arasında vərəmə yoluxma halları 2.5 dəfədən çox azalıb 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T13:47+0400
2023-03-04T13:47+0400
2023-03-04T13:47+0400
uşaq
heydər əliyev ili
vərəm
xəstəlik
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42357/96/423579675_0:0:1999:1125_1920x0_80_0_0_21ec2f3a0c3eb18872e9e3f64c12f0fa.jpg
BAKI, 4 mart - Sputnik. Azərbaycanda uşaqlar və yeniyetmələr arasında vərəm xəstəliyinə yoluxma hallarında əvvəlki dövrlərlə müqayisədə son 10 ildə azalma müşahidə olunur. Bunu Heydər Əliyev İlinə həsr olunmuş "Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfransında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib. Ölkəmizdə uşaqlar və yeniyetmələrdə vərəmlə bağlı görülən ciddi işlərin nəticəsindən danışan nazir müavini qeyd edib ki, 100 min uşaq əhalisinə düşən göstəricilərə görə, vərəm xəstəliyinə yoluxma halları 2.5 dəfədən çox azalıb:“Vərəm qlobal infeksion problemdir və bununla mübarizədə beynəlxalq təşkilatlar birgə çalışır, ölkələrdə vərəmlə bağlı statistik göstəriciləri dəyərləndirir. Bu rəqəmlərin təhlükəli səviyyədə yuxarı olan ölkələrdə müəyyən profilaktik tədbirlər aparılır və tövsiyələrini verirlər. Biz Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatları nümunə kimi qeyd edə bilərik".Onun sözlərinə görə, ölkəmizdə də vərəmlə mübarizə beynəlxalq qurumların tövsiyələri üzərində qurulur."Keçən il vərəm xəstəliyi olan uşaqların reabilitasiya, müalicəsi üçün sanatoriya əsaslı təmirdən çıxıb, təhvil verilib", - deyə nazirlik rəsmisi qeyd edib. (Azərtac) Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/96/423579675_0:0:1765:1324_1920x0_80_0_0_301c1a37d7b2693311810b73c61f0c91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, vərəm, xəstəlik, azərbaycan
uşaq, vərəm, xəstəlik, azərbaycan
Uşaqlar və yeniyetmələr arasında vərəmə yoluxma halları azalıb - Nazir müavini
Səhiyyə nazirinin müavini bildirib ki, ölkəmizdə uşaqlar və yeniyetmələr arasında vərəmə yoluxma halları 2.5 dəfədən çox azalıb
BAKI, 4 mart - Sputnik. Azərbaycanda uşaqlar və yeniyetmələr arasında vərəm xəstəliyinə yoluxma hallarında əvvəlki dövrlərlə müqayisədə son 10 ildə azalma müşahidə olunur.
Bunu Heydər Əliyev İlinə həsr olunmuş "Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfransında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
Ölkəmizdə uşaqlar və yeniyetmələrdə vərəmlə bağlı görülən ciddi işlərin nəticəsindən danışan nazir müavini qeyd edib ki, 100 min uşaq əhalisinə düşən göstəricilərə görə, vərəm xəstəliyinə yoluxma halları 2.5 dəfədən çox azalıb:
“Vərəm qlobal infeksion problemdir və bununla mübarizədə beynəlxalq təşkilatlar birgə çalışır, ölkələrdə vərəmlə bağlı statistik göstəriciləri dəyərləndirir. Bu rəqəmlərin təhlükəli səviyyədə yuxarı olan ölkələrdə müəyyən profilaktik tədbirlər aparılır və tövsiyələrini verirlər. Biz Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatları nümunə kimi qeyd edə bilərik".
Onun sözlərinə görə, ölkəmizdə də vərəmlə mübarizə beynəlxalq qurumların tövsiyələri üzərində qurulur.
"Keçən il vərəm xəstəliyi olan uşaqların reabilitasiya, müalicəsi üçün sanatoriya əsaslı təmirdən çıxıb, təhvil verilib", - deyə nazirlik rəsmisi qeyd edib.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.