DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şimali Koreya 1990-cı ildən bəri ilk dəfəkütləvi qida qıtlığı ilə üzləşib

© AP Photo / Cha Song HoŞimali Koreya
Şimali Koreya - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Abunə olmaq
Ölkə 1990-cı ildən bəri ilk dəfədir ki belə kütləvi qida qıtlığı ilə üzləşib və təcili addımlar atılmazsa, vəziyyət daha da acınacaqlı olacaq.
BAKI, 4 mart - Sputnik. Şimali Koreya artıq uzun müddətdir ki, qida qıtlığı ilə mübarizə aparır. CNN-in xəbərinə görə, mövcud vəziyyətlə bağlı bəzi ekspertlər də həyəcan təbili çalıb.
Mütəxəssislər belə hesab edir ki, on illiklərdir ki, ölkədə qida ilə bağlı problemlər yaşanır, hazırda isə Şimali Koreya 1990-cı ildən bəri ilk dəfədir ki belə kütləvi qida qıtlığı ilə üzləşib və təcili addımlar atılmazsa, vəziyyət daha da acınacaqlı olacaq.
Peterson İnstitutunun tədqiqatçısı Lukas Renqifo Kellerin sözlərinə görə, ticarətə dair məlumatlar, peyk şəkilləri və Birləşmiş Millətlər Təşkilatının və Cənubi Koreyanın səlahiyyətli orqanlarının hesabatları göstərir ki, ərzaq təchizatı hazırda minimum insan ehtiyaclarını ödəmək üçün lazım olan miqdardan da aşağı düşüb.
Artıq ölkənin bəzi ərazilərində qida qıtlığından ölüm hallarının baş verdiyi bildirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, hələ COVID-19 pandemiyasından əvvəl Şimali Koreya əhalisinin təxminən yarısı kifayət qədər qidalanmamış hesab edilirdi. Sərhədlərin üç il bağlı qalması isə vəziyyəti daha da pisləşdirib.
Mövcud vəziyyətlə bağlı Şimali Koreya lideri Kim Jonq 4 günlük təcili və təxirəsalınmaz iclas elan edib.
Seulun Kənd Təsərrüfatı üzrə İnkişaf Agentliyi yaydığı hesabatda bildirir ki, Şimali Koreyanın ötən il məhsul istehsalı əvvəlki illə müqayisədə 4% az olub, daşqın və əlverişsiz hava şəraiti də vəziyyəti pisləşdirib.
Mütəxəssislər vəziyyətdən çıxış yolunu Şimali Koreya sərhədlərinin açılmasının vacibliyində, ticarət əlaqələrinin yenidən bərpasında görür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0