https://sputnik.az/20230304/pasinyanin-avropaya-umid-edir-ermenistan-plasdarma-cevrilir-452342457.html
Paşinyanın Avropaya ümid edir: Ermənistan plasdarma çevrilir
Paşinyanın Avropaya ümid edir: Ermənistan plasdarma çevrilir
Sputnik Azərbaycan
Politoloqun sözlərinə görə, bölgədəki vəziyyətlə bağlı problemlərin çərçivəsi, mahiyyəti və məzmunu bəllidir və onlarla bağlı Ermənistan özünün tutarlı cavab... 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T08:49+0400
2023-03-04T08:49+0400
2023-03-04T09:29+0400
nikol paşinyan
təhlil
avropa
müşahidə
sərhəd
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435977_0:110:3100:1854_1920x0_80_0_0_bdd65b6095e6bf4af978f913d2a61c7f.jpg
BAKI, 4 mart — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib. Paşinyan bildirib ki, Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir, amma missiyanın fəaliyyətini tənzimləyən sazişi gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşma var. Bəs Aİ ilə mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanması nəyə hesablanıb? Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb. Politoloqun sözlərinə görə, bölgədəki vəziyyətlə bağlı problemlərin çərçivəsi, mahiyyəti və məzmunu bəllidir və onlarla bağlı Ermənistan özünün tutarlı cavab gedişlərini ortaya qoya bilmir: "Bu vəziyyətdə Ermənistan faktiki olaraq öz subyektliyi ilə vidalaşıb. Belə olan təqdirdə Fransa Prezidenti Emmanuel Makron və digər Avropa siyasətçiləri çıxış yolunu Ermənistana özünəməxsus tərzdə dəstək verməkdə gördülər. Avropalı siyasətçilər bu siyasətlə Ermənistana dayaq olmağa çalışır. Ancaq çox təəssüf ki, Ermənistan avropalıların dəstəyinin gerçək məramını anlamır. Fransanın və Almaniyanın Ermənistana dəstəyinin qayəsi bu ölkəni dərin böhrandan çıxarmaq deyil, onlar öz maraqlarını təmin edirlər. Yəni, hər hansı bir şəraitdə iki fövqəldövlətə qarşı lazım gələrsə, ya hücum taktikasını həyata keçirsinlər, ya da sadəcə oradan istifadə edərək kəşfiyyat işlərini gücləndirsinlər". Politoloq qeyd edib ki, Ermənistan bu gedişlərlə heç vaxt özü üçün nicat yolu tapa bilməyəcək: Əlbəttə, prosesləri düzgün qimətləndirə bilməyənlər Ermənistana mənəvi dəstək verə, onu sazişi imzalamaqdan çəkindirə bilərlər. İndi Ermənistan Baş naziri bu gedişlə öz taleyini avropalı siyasətçilərin öhdəsinə buraxıb. Buna görə də, indi onlar nə deyirsə hə deyir və çalışır onlara yarınsın. Amma sual olunmalı məqam odur ki, bu sazişi imzalamaqla Ermənistan nəyə nail olacaq? Paşinyan və komandası ümid edirlər ki, bu sazişlə rahat bir nəfəs alacaqlar. Onlar xəyal aləmində yaşayırlar və düşünürlər ki, bu sazişi imzalamaqla işıqlı yol tapacaqlar. Ancaq belə bir şeyə ehtimal və imkan yoxdur. "Bu faktiki olaraq Nikol Paşinyanın özü üçün çıxış yolu kimi təqdim edilə bilər. Paşinyan avropalıların dəstəyini öz siyasi gücü kimi təqdim edə bilər. Bu çox rahat yoldur. Çünki ixtiyarını başqasının öhəsinə buraxırsan və resurs xərcləmədən nəyəsə nail olmağa çalışırsan. Əslində bu səhv yanaşma gündən-günə ağırlaşan Ermənistan siyasi vəziyyətini daha da qəlizləşdirəcək və gələcəkdə bu vəziyytətdən çıxmaq da çətinləşəcək", - deyə Tofiq Abbasov fikirlərini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435977_242:0:2859:1963_1920x0_80_0_0_6809c06f2134d82ec7c556d4b39a4203.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, avropa, müşahidə, sərhəd, almaniya
nikol paşinyan, avropa, müşahidə, sərhəd, almaniya
Paşinyanın Avropaya ümid edir: Ermənistan plasdarma çevrilir
08:49 04.03.2023 (Yenilənib: 09:29 04.03.2023) Politoloqun sözlərinə görə, bölgədəki vəziyyətlə bağlı problemlərin çərçivəsi, mahiyyəti və məzmunu bəllidir və onlarla bağlı Ermənistan özünün tutarlı cavab gedişlərini ortaya qoya bilmir.
BAKI, 4 mart — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib. Paşinyan bildirib ki, Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir, amma missiyanın fəaliyyətini tənzimləyən sazişi gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşma var.
Ermənistanın Aİ missiyası ilə canfəşanlığı güman ki, bölgədə gedən proseslərə də təsirsiz ötüşməyəcək. Rəsmi Bakının Aİ missiyasının fəaliyyətinə münasibəti müsbət deyil. Ermənistan isə hər vəchlə regionda geosiyasi durumun gərginliyini saxlamaq üçün mümknü imkanlardan istifadə edir.
Bəs Aİ ilə mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanması nəyə hesablanıb?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Politoloqun sözlərinə görə, bölgədəki vəziyyətlə bağlı problemlərin çərçivəsi, mahiyyəti və məzmunu bəllidir və onlarla bağlı Ermənistan özünün tutarlı cavab gedişlərini ortaya qoya bilmir:
"Bu vəziyyətdə Ermənistan faktiki olaraq öz subyektliyi ilə vidalaşıb. Belə olan təqdirdə Fransa Prezidenti Emmanuel Makron və digər Avropa siyasətçiləri çıxış yolunu Ermənistana özünəməxsus tərzdə dəstək verməkdə gördülər. Avropalı siyasətçilər bu siyasətlə Ermənistana dayaq olmağa çalışır.
Ancaq çox təəssüf ki, Ermənistan avropalıların dəstəyinin gerçək məramını anlamır. Fransanın və Almaniyanın Ermənistana dəstəyinin qayəsi bu ölkəni dərin böhrandan çıxarmaq deyil, onlar öz maraqlarını təmin edirlər.
Birincisi, burada Rusiya amili avropalıları narahat edir və onu bölgədən mütləq şəkildə çıxarmaq istəyirlər. Həm də paralel olaraq burada İrana aid planlar var. Çünki məhz Paşinyan belə bir şərait formalaşdırdı ki, onun ölkəsini yalnız plasdarm kimi nəzərdən keçirilir.
Yəni, hər hansı bir şəraitdə iki fövqəldövlətə qarşı lazım gələrsə, ya hücum taktikasını həyata keçirsinlər, ya da sadəcə oradan istifadə edərək kəşfiyyat işlərini gücləndirsinlər".
Politoloq qeyd edib ki, Ermənistan bu gedişlərlə heç vaxt özü üçün nicat yolu tapa bilməyəcək:
"Böhrandan çıxmaq üçün Ermənistan sülh sazişinə imza atmalıdır. Çünki sülh sazişi olmadığı şəraitdə ya hərb, ya da sülh vəziyyəti gündəmdə qalacaq.
Əlbəttə, prosesləri düzgün qimətləndirə bilməyənlər Ermənistana mənəvi dəstək verə, onu sazişi imzalamaqdan çəkindirə bilərlər. İndi Ermənistan Baş naziri bu gedişlə öz taleyini avropalı siyasətçilərin öhdəsinə buraxıb. Buna görə də, indi onlar nə deyirsə hə deyir və çalışır onlara yarınsın. Amma sual olunmalı məqam odur ki, bu sazişi imzalamaqla Ermənistan nəyə nail olacaq? Paşinyan və komandası ümid edirlər ki, bu sazişlə rahat bir nəfəs alacaqlar. Onlar xəyal aləmində yaşayırlar və düşünürlər ki, bu sazişi imzalamaqla işıqlı yol tapacaqlar. Ancaq belə bir şeyə ehtimal və imkan yoxdur.
Ermənistan tərəfi bu addımlarla sadəcə özünü aldadır. Böyük bir həvəslə kənar qüvvələrə imkan verirlər ki, Ermənistanın mövqeləri güclənməsin və Ermənistan onların yedəyində qalsın".
"Bu faktiki olaraq Nikol Paşinyanın özü üçün çıxış yolu kimi təqdim edilə bilər. Paşinyan avropalıların dəstəyini öz siyasi gücü kimi təqdim edə bilər. Bu çox rahat yoldur. Çünki ixtiyarını başqasının öhəsinə buraxırsan və resurs xərcləmədən nəyəsə nail olmağa çalışırsan. Əslində bu səhv yanaşma gündən-günə ağırlaşan Ermənistan siyasi vəziyyətini daha da qəlizləşdirəcək və gələcəkdə bu vəziyytətdən çıxmaq da çətinləşəcək", - deyə Tofiq Abbasov fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.