https://sputnik.az/20230304/milli-meclisin-numayende-heyeti-gurcustana-yollanacaq-452371120.html
Milli Məclisin nümayəndə heyəti Gürcüstana yollanacaq
Milli Məclisin nümayəndə heyəti Gürcüstana yollanacaq
Sputnik Azərbaycan
Görüşlərdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq. 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T13:29+0400
2023-03-04T13:29+0400
2023-03-04T13:43+0400
milli məclis
siyasət
gürcüstan
parlament
türkiyə
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 4 mart - Sputnik. Milli Məclisin nümayəndə heyəti martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaq. Milli Məclisdən verilən xəbərə görə, nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev daxildir.Nümayəndə heyəti Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün qonşu ölkəyə yollanacaq.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində də bir sıra görüşləri nəzərdə tutulur. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, gürcüstan, parlament, türkiyə
milli məclis, gürcüstan, parlament, türkiyə
Milli Məclisin nümayəndə heyəti Gürcüstana yollanacaq
13:29 04.03.2023 (Yenilənib: 13:43 04.03.2023) Görüşlərdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
BAKI, 4 mart - Sputnik. Milli Məclisin nümayəndə heyəti martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaq. Milli Məclisdən verilən xəbərə görə, nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev daxildir.
Nümayəndə heyəti Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün qonşu ölkəyə yollanacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində də bir sıra görüşləri nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.