Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məzun sayı azalır, ali məktəblərin plan yerləri isə artılılır

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Abunə olmaq
Azərbaycanda tam orta məktəbləri bitirənlərin sayında azalmaolsa da, 2000-2001-ci tədris ilində 26 min 403, 2011-2012-ci illərdə 31 min 212, son olaraq açıqlanan - 2021-2022-ci illərdə isə 45 min 986 şəxs tələbə adı alıb.
BAKI, 4 mart — Sputnik. Öncəki illərlə müqayisədə Azərbaycanda tam orta məktəbləri bitirənlərin sayında azalma müşahidə edilir. 1990-cı ildə 96 min 422, 2021-ci ildə isə 83 in 497 məzun olub. 2000-2009-cu illərdə hər il üzrə məzunlaırn syaı daha çox olub. 2004-cü ildə 128 min 679 məzun bitirib. 2009-cu ildən sonrakı illərdə isə məzunların sayında azalma müşahidə edilib.
Bununla belə, plan yerlərinin, universitetlərə qəbul olunanların sayı artıb.
DSK-ın məlumatına görə, 2000-2001-ci tədris ilində 26 min 403, 2011-2012-ci illərdə 31 min 212, son olaraq açıqlanan - 2021-2022-ci illərdə isə 45 min 986 şəxs tələbə adı alıb.
Plan yerlərinin sayının artırılması birmənalı qarşılanmır.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2023-cü ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 min abituriyentin qəbulu proqnozlaşdırılır: "Bundan əlavə, ali məktəblərə 2024-cü ildə 63 000, 2025-ci ildə 68 000 və 2026-cı ildə isə 74 min tələbənin qəbul olacağı gözlənilir. Lakin orta məktəblərimizi illik olaraq 82-85 min şagird bitirir. Onların heç də hamısı ali məktəblərə qəbul imtahanlarında iştirak etmir. Həmçinin orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə və xarici ölkələrin universitetlərinə qəbul olan şagirdlərimiz də var. Düzgün planlaşdırılma və proqnozlaşdırılmanın aparılmaması ali təhsil müəssisələrinə mənfi təsir göstərir. Belə ki, onlar tədris ili üçün müəyyən olunmuş plan yerlərini doldurmayanda iqtisadi zərər çəkirlər".
"2011- cu ildə ali məktəblərin plan yeri 30 min idi, 12 il sonra isə 60 min proqnozlaşdırılıb. Bu 12 ildə nə qədər yeni universitet açılıb və ya nə qədər yeni universitet binaları tikilib ki, plan yerlərində 100 faiz artım olub? Ümumiyyətlə, hazırda universitetlərin ərazisi, infrastrukturu normativ hüquqi aktlara görə bu qədər tələbəni qəbul etməyə uyğun deyil. Həmçinin, bu qədər tələbəyə dərs deyəcək elmi dərəcəli müəllim kontingenti də yoxdur", - deyə ekspert əlavə edib.
O, vurğulayır ki, I və IV ixtisas qrupu üzrə plan yerləri daha çox boş qalır. Hətta bu ixtisas qruplarında bəzi ixtisaslara 200 və daha aşağı balla dövlət sifarişi əsasında (pulsuz) qəbul olmaq mümkündür: "Düşünürəm ki, kəmiyyəti qaldırılmaq hesabına keyfiyyəti aşağı salmaq olmaz".
Təhsil üzrə ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, plan yerlərinin artırılmasının əsas səbəblərindən biri Nazirlər Kabinetinin müvafiq qərarı əsasında orta ixtisas təhsil müəssisələrini bitirən subbakalavrların müsabiqədən kənar, imtahansız ali məktəbə qəbul ola bilmələridir: "2012-ci ildə məzun olanlara bu qərar şamil edilir. 13 ildə təxminən 400 mindən çox subbakalavr yaranıb ki, bu da ümumi plan yerlərinə təsir etmiş olub".
"Bundan başqa, dövlət sifarişi əsasında yerlərin də sayı artırılır", - deyə o, əlavə edib.
O plan yerlərinin sayının artırılmasının səbəbini həm də torpaqlarmızın işğaldan azad olunması ilə izah edir.
Ekspert bildirir ki, hər il təxminən 2-3 min plan yeri boş qalır: "Ötən il təxminən 85 min nəfər müraciət etmişdisə, onlardan daa təxminən 50 mini ali məktəbə qəbul oldu".
Digər təhsil eksperti Vüsal Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, növbəti illər üçün plan yerinin daha da artırılaraq 75 minə çatdırılması proqnozlaşdırılır: "Rəqəmin 75 minə çatdırılması planlaşdırılsa da, bunun səbəbi, məqsədi izah edilmir, hər hansı bir açıqlama veirlmir".
"Bu necə olacaq?! Elə olur ki tələbə tələb olunan minimumu -150 balı da toplaya bilmir. Belə olanda keçid balı 100-yə salınacaq? Dünya göstəricilərinə görə bir tələbəyə 15-16 müəllim düşməlidir. Ölkəmizdə isə müəllim sayı bu göstəriciyə adekvat deyil. Bundan başqa, elmi dərəcəli müəllimlərimizin də sayı azdır. Əsas məsələ keyfiyyətlə bağlı olmalıdır", - deyə o əlavə edib.
Xəbər lenti
0