https://sputnik.az/20230304/meyxanacinin-hebs-muddeti-daha-2-ay-uzadilib-452382249.html
Meyxanaçının həbs müddəti daha 2 ay uzadılıb
Meyxanaçının həbs müddəti daha 2 ay uzadılıb
Sputnik Azərbaycan
Rəşad Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla... 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T20:07+0400
2023-03-04T20:07+0400
2023-03-04T20:07+0400
rəşad dağlı
cəmiyyət
məhkəmə
meyxana
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/09/448378939_0:0:1201:676_1920x0_80_0_0_c270d0f0eebbe23c6ff5b590a46df4bc.jpg
BAKI, 4 mart - Sputnik. Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Belə ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən meyxanaçının həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı təqdimat təmin edilib. Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İskəndər Mehtiyevi öz maşını ilə Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra polis bölməsinə gedərək təslim olub. Qeyd edək ki, hadisə baş verməzdən iki həftə əvvəl İskəndər Mehtiyev həbsdən çıxmışdı. Məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan İ.Mehtiyec narkotik ticarətinə görə həbs həyatı yaşayıb.(Qafqazinfo) Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/09/448378939_43:0:1110:800_1920x0_80_0_0_f47e0a1c5fe1d7b1980c5d945ecae6d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəşad dağlı, məhkəmə, meyxana
rəşad dağlı, məhkəmə, meyxana
Meyxanaçının həbs müddəti daha 2 ay uzadılıb
Rəşad Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb, maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra polis bölməsinə gedərək təslim olub.
BAKI, 4 mart - Sputnik. Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Belə ki, Qaradağ Rayon Prokurorluğu tərəfindən meyxanaçının həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı təqdimat təmin edilib.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İskəndər Mehtiyevi öz maşını ilə Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra polis bölməsinə gedərək təslim olub.
Qeyd edək ki, hadisə baş verməzdən iki həftə əvvəl İskəndər Mehtiyev həbsdən çıxmışdı. Məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan İ.Mehtiyec narkotik ticarətinə görə həbs həyatı yaşayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.