CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havanın temperaturu 15 dərəcəyədək yüksələcək

© Sputnik / Ilham MustafayevGünəşli hava, arxiv şəkli
Günəşli hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Abunə olmaq
Atmosfer təzyiqinin 764 mm civə sütunundan 760 mm civə sütununa enəcəyi, nisbi rütubətin 60-70 % olacağı bildirilir.
BAKI, 4 mart - Sputnik. Martın 5-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0