https://sputnik.az/20230304/fhn-terefinden-tehlukeli-yanacaq-satisinin-qarsisi-alinib---vdeo-452382707.html
FHN tərəfindən təhlükəli yanacaq satışının qarşısı alınıb - VİDEO
FHN tərəfindən təhlükəli yanacaq satışının qarşısı alınıb - VİDEO
Sputnik Azərbaycan
Aşkar olunan faktın insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı dərhal alınıb və... 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T19:14+0400
2023-03-04T19:14+0400
2023-03-04T19:14+0400
fhn
cəmiyyət
yanacaqdoldurma məntəqəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/15/450880535_11:0:1643:918_1920x0_80_0_0_9eef6a81be2a3c5345c2c4c11b7ba0fb.jpg
BAKI, 4 mart - Sputnik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə Nazirliyin yaydığı məlumatda deyilir.FHN-dən verilən xəbərə görə, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Qasımov Akif Babaş oğlu və Zərbəliyev Sənan Əhmədşah oğlu tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulmaqla ayrı-ayrı ünvanlarda şəxsi avtomobillərində daşına bilən qablarda qanunsuz neft məhsullarının satışının həyata keçirilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib. Belə ki, keçirilən tədbirlər zamanı həqiqətən də vətəndaşlar A.Qasımov və S.Zərbəliyev tərəfindən yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq neft məhsullarının kustar üsulla plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı öz təsdiqini tapıb. Aşkar olunan faktın insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı dərhal alınıb və tərtib olunmuş akt hər iki vətəndaşa təqdim edilib. Bununla yanaşı, yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlarla profilaktik söhbət aparılıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/15/450880535_215:0:1439:918_1920x0_80_0_0_35af7e7bb63351a32b6a0401de6e78ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, yanacaqdoldurma məntəqəsi
fhn, yanacaqdoldurma məntəqəsi
FHN tərəfindən təhlükəli yanacaq satışının qarşısı alınıb - VİDEO
Aşkar olunan faktın insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı dərhal alınıb və tərtib olunmuş akt hər iki vətəndaşa təqdim edilib
BAKI, 4 mart - Sputnik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə Nazirliyin yaydığı məlumatda deyilir.
FHN-dən verilən xəbərə görə, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Qasımov Akif Babaş oğlu və Zərbəliyev Sənan Əhmədşah oğlu tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulmaqla ayrı-ayrı ünvanlarda şəxsi avtomobillərində daşına bilən qablarda qanunsuz neft məhsullarının satışının həyata keçirilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.
Belə ki, keçirilən tədbirlər zamanı həqiqətən də vətəndaşlar A.Qasımov və S.Zərbəliyev tərəfindən yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq neft məhsullarının kustar üsulla plastik qablara doldurularaq qanunsuz satışının həyata keçirilməsi faktı öz təsdiqini tapıb.
Aşkar olunan faktın insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, FHN əməkdaşları tərəfindən yanacaq satışının qarşısı dərhal alınıb və tərtib olunmuş akt hər iki vətəndaşa təqdim edilib. Bununla yanaşı, yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlarla profilaktik söhbət aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.