DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyadakı uşaqların 22 faizi düzgün qidalanmır

© AP Photo / Charlie RiedelUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Abunə olmaq
Tədqiqat nəticəsində bəlli olub ki, uşaqların bir çoxu qida pozuqluğu problemini gizlədir və nəticədə xəstəlik dərinləşir.
BAKI, 4 mart - Sputnik. On altı ölkədə aparılan tədqiqatların nəticələrinə görə, dünyadakı uşaqların 22 faizi düzgün qidalanmır. NTV.com-un xəbərinə görə, İspaniyanın Kastilla-La Mança Universitetinin tədqiqatçısı, doktor Xose Fransisko Lopez-Gil qida pozuqluğu ilə bağlı uşaq və yeniyetmələr arasında ciddi problemin olduğunu aşkarlayıb.
Tədqiqat çərçivəsində 16 ölkədə aparılan müayinələr və analizlər üzərində işlənilib. Məlum olub ki, qida pozuqluğu artıq çəkili yeniyetmə qızlarda daha çox rast gəlinir.
Bundan başqa, tədqiqat nəticəsində bəlli olub ki, uşaqların bir çoxu qida pozuqluğu problemini gizlədir və nəticədə xəstəlik dərinləşir, onlar zamanında müalicə olunmurlar.
Həkimlər valideynlərə diqqətli olmağı tövsiyə edir və bildirirlər ki, tez-tez qidalanma, qədərindən artıq qidalanma, yeməklərə böyük iştəhanın olması, doyumsuzluq hissi, çəkinin yaşa uyğun olmaması qida pozuqluğunun əlamətləridir.
Mütəxəssislər tövsiyə edir ki, uşaqlarda və yeniyetmələrdə bu əlamətlər varsa, onlar təcili müayinə və müalicə olunmalıdırlar.
Həkimlər müəyyən xəstəliyin daha erkən aşkarlanmasının müalicənin gedişinə müsbət təsir etdiyini bildirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0