https://sputnik.az/20230304/belarus-simal-cenub-dehlizinden-istifade-etmekde-maraqlidir-452385339.html
Belarus Şimal-Cənub dəhlizindən istifadə etməkdə maraqlıdır
Belarus Şimal-Cənub dəhlizindən istifadə etməkdə maraqlıdır
Sputnik Azərbaycan
Nazir hesab edir ki, dəhlizin inkişafında Azərbaycan və Rusiya ilə yanaşı Belarus da daha fəal iştirak etməlidir. 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T21:01+0400
2023-03-04T21:01+0400
2023-03-04T21:01+0400
dünya xəbərləri
belarus
şimal-cənub tranzit dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436477671_0:61:1280:781_1920x0_80_0_0_b69614ce5dbcda510c75468e56105815.jpg
BAKI, 4 mart - Sputnik. Şimal-Cənub dəhlizinin inkişafında Azərbaycan və Rusiya ilə yanaşı Belarus da daha fəal iştirak etməlidir. BelTa agentliyi xəbər verir ki, bunu Belarusun iqtisadiyyat naziri Aleksandr Çervyakov deyib.Onun sözlərinə görə, hazırda Belarus xarici ticarətdə Şərqə dönüş konsepsiyasını həyata keçirir."Burada əsas vəzifə optimal logistik marşrutların qurulmasıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin marşrutlarından istifadə etmək perspektivlidir”, - deyə nazir bildirib.Onun sözlərinə görə, Belarus Azərbaycan, Rusiya, İran və Qazaxıstanla birlikdə bu sahənin inkişafı üçün fəal işə qoşulmalıdır.Nazirlik rəhbəri həmçinin Çin və MDB ilə azad ticarət və investisiyalar üzrə danışıqların tez bir zamanda başa çatdırılmasının vacibliyini qeyd edib.“Qarşıda duran vəzifə bu il beynəlxalq müqavilələrin imzalanmasına nail olmaqdır. Bundan əlavə, Türkiyə ilə işi yekunlaşdırmaq, BƏƏ ilə yeni yolda mümkün qədər tez hərəkət etmək və İranla da analoji saziş bağlamaq imkanlarını araşdırmaq lazımdır”, - deyə Çervyəkov izah edib.O həmçinin Belarus mallarının Çinə ixracını 2,2 milyard dollara çatdırmaq planlarını da açıqlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436477671_160:0:1280:840_1920x0_80_0_0_093f0a3f2b0a4beb7bd0bd75a8e288cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus, şimal-cənub tranzit dəhlizi
belarus, şimal-cənub tranzit dəhlizi
Belarus Şimal-Cənub dəhlizindən istifadə etməkdə maraqlıdır
Nazir hesab edir ki, dəhlizin inkişafında Azərbaycan və Rusiya ilə yanaşı Belarus da daha fəal iştirak etməlidir.
BAKI, 4 mart - Sputnik. Şimal-Cənub dəhlizinin inkişafında Azərbaycan və Rusiya ilə yanaşı Belarus da daha fəal iştirak etməlidir. BelTa agentliyi xəbər verir ki, bunu Belarusun iqtisadiyyat naziri Aleksandr Çervyakov deyib.
"Belarus Şərqə dönüş konsepsiyası çərçivəsində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin marşrutlarından istifadə etməyi perspektivli hesab edir", - deyə iqtisadiyyat naziri bildirib.
Onun sözlərinə görə, hazırda Belarus xarici ticarətdə Şərqə dönüş konsepsiyasını həyata keçirir.
"Burada əsas vəzifə optimal logistik marşrutların qurulmasıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin marşrutlarından istifadə etmək perspektivlidir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Belarus Azərbaycan, Rusiya, İran və Qazaxıstanla birlikdə bu sahənin inkişafı üçün fəal işə qoşulmalıdır.
Nazirlik rəhbəri həmçinin Çin və MDB ilə azad ticarət və investisiyalar üzrə danışıqların tez bir zamanda başa çatdırılmasının vacibliyini qeyd edib.
“Qarşıda duran vəzifə bu il beynəlxalq müqavilələrin imzalanmasına nail olmaqdır. Bundan əlavə, Türkiyə ilə işi yekunlaşdırmaq, BƏƏ ilə yeni yolda mümkün qədər tez hərəkət etmək və İranla da analoji saziş bağlamaq imkanlarını araşdırmaq lazımdır”, - deyə Çervyəkov izah edib.
O həmçinin Belarus mallarının Çinə ixracını 2,2 milyard dollara çatdırmaq planlarını da açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.