CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan ayının təqvimi açıqlanıb

© Sputnik / Murad OrujovДень Ашуры в столичной мечети Тезепир
День Ашуры в столичной мечети Тезепир - Sputnik Azərbaycan, 1920, 03.03.2023
Abunə olmaq
Ramazan ayının Qədr gecələrinin vaxtı açıqlanıb
BAKI, 3 mart - Sputnik. Martda Azərbaycanda Ramazan ayı başlayacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimində göstərilir ki, martın 23-də Azərbaycanda Ramazan ayı başlayacaq.
Aprelin 21 və 22-si isə Ramazan bayramı qeyd ediləcək.
Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə əsasən, martın 23-ü Ramazan ayının ilk gününə təsadüf edəcək.
Bunu isə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Ramazan ayının 18, 20 və 22-ci günləri Qədr gecələri qeyd olunacaq. Bu isə aprelin 9, 11 və 13-nə təsadüf edəcək.
QMİ sədri qeyd edib ki, Ramazan ayının 26-cı günü də Qədr gecəsi kimi qeyd edilir. Bu isə aprelin 17-də olacaq.
Xəbər lenti
0