CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis müqavimət göstərən narkotacirlərə silah tətbiq edib

© Photo : REPORTАвтомобиль патрульной службы полиции
Автомобиль патрульной службы полиции - Sputnik Azərbaycan, 1920, 03.03.2023
Abunə olmaq
Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.
BAKI, 3 mart - Sputnik. Astarada Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərmiş, xidməti avtomobillərə zərər yetirmişlər.
Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.
Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.
Xəbər lenti
0