https://sputnik.az/20230303/ombudsmanin-milli-meclisin-komite-iclasinda-istirak-etmemesi-naraziliq-yaradib-446727452.html
Ombudsmanın Milli Məclisin komitə iclasında iştirak etməməsi narazılıq yaradıb
Ombudsmanın Milli Məclisin komitə iclasında iştirak etməməsi narazılıq yaradıb
Sputnik Azərbaycan
Deputat Aydın Səfixanlı isə qeyd edib ki, Ombudsmanın komitə iclaslarının hamısına gəlməsi kimi bir öhdəlik yoxdur 03.03.2023, Sputnik Azərbaycan
2023-03-03T20:01+0400
2023-03-03T20:01+0400
2023-03-03T20:01+0400
milli məclis
cəmiyyət
ombudsman
ombudsman səbinə əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747696_0:0:3072:1728_1920x0_80_0_0_76368a2437d760edec3ec43d48c8a604.jpg
BAKI, 3 mart - Sputnik. Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsman Səbinə Əliyevanın iştirak etməməsi müzakirə mövzusu olub.APA xəbər verir ki, deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın iclasda iştirakının zəruriliyini vurğulayıb.Jalə Əhmədova deyib ki, Ombudsmanın deputatlara verəcəyi cavabla Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının verəcəyi cavablar başqadır: “Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir?".Fazil Mustafa da qeyd edib ki, Jalə Əhmədovanın fikirləri ilə razıdır: "Ombudsmanın komitə iclasına gəlməsinin heç bir ziyanı yoxdur, bu, kommunikasiya üçün faydalıdır".Komitə sədri Zahid Oruc da sözügedən təkliflərlə razı olduğunu qeyd edib: "Qeyd etdiyiniz kimi, Səbinə xanımın bu cür iclaslarda, görüşlərdə iştirakı yalnız fayda verə bilər. Çünki daha sistemli müzakirələr apara bilərik. Əminəm ki, bugünkü çağırışlar eşidildi".Aydın Səfixanlı isə qeyd edib ki, Ombudsmanın komitə iclaslarının hamısına gəlməsi kimi bir öhdəlik yoxdur: "Səbinə xanım nadir məmurlardandır ki, hər zaman ictimaiyyətə və əməkdaşlığa açıqdır. O, dəfələrlə Milli Məclisin iclaslarında iştirak edib. Biz bu gün hüquqi dövlətdə yaşayırıq və aydın məsələdir ki, Ombudsmanın fəaliyyəti Konstitusiyaya əsaslanır. Konstitusiya qanunun 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Ombudsman öz illik məruzəsini ölkə Prezidenintə təqdim edir və Milli Məclisin qarşısında çıxış edir. Yəni Konstitusiyaya əsasən, Ombudsmanın bütün komitə iclaslarına gəlməsi kimi bir öhdəlik yoxdur. Qeyd edim ki, martın 7-də Səbinə xanım Milli Məclisin Plenar iclasında olacaq və istənilən suallara cavab verəcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/11/425747696_341:0:3072:2048_1920x0_80_0_0_a55355e32929d7f46d23f8c4eeba6562.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, ombudsman, ombudsman səbinə əliyeva
milli məclis, ombudsman, ombudsman səbinə əliyeva
Ombudsmanın Milli Məclisin komitə iclasında iştirak etməməsi narazılıq yaradıb
Deputat Aydın Səfixanlı isə qeyd edib ki, Ombudsmanın komitə iclaslarının hamısına gəlməsi kimi bir öhdəlik yoxdur
BAKI, 3 mart - Sputnik. Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsman Səbinə Əliyevanın iştirak etməməsi müzakirə mövzusu olub.
APA xəbər verir ki, deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın iclasda iştirakının zəruriliyini vurğulayıb.
Jalə Əhmədova deyib ki, Ombudsmanın deputatlara verəcəyi cavabla Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının verəcəyi cavablar başqadır: “Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir?".
Fazil Mustafa da qeyd edib ki, Jalə Əhmədovanın fikirləri ilə razıdır: "Ombudsmanın komitə iclasına gəlməsinin heç bir ziyanı yoxdur, bu, kommunikasiya üçün faydalıdır".
Komitə sədri Zahid Oruc da sözügedən təkliflərlə razı olduğunu qeyd edib: "Qeyd etdiyiniz kimi, Səbinə xanımın bu cür iclaslarda, görüşlərdə iştirakı yalnız fayda verə bilər. Çünki daha sistemli müzakirələr apara bilərik. Əminəm ki, bugünkü çağırışlar eşidildi".
Aydın Səfixanlı isə qeyd edib ki, Ombudsmanın komitə iclaslarının hamısına gəlməsi kimi bir öhdəlik yoxdur: "Səbinə xanım nadir məmurlardandır ki, hər zaman ictimaiyyətə və əməkdaşlığa açıqdır. O, dəfələrlə Milli Məclisin iclaslarında iştirak edib. Biz bu gün hüquqi dövlətdə yaşayırıq və aydın məsələdir ki, Ombudsmanın fəaliyyəti Konstitusiyaya əsaslanır. Konstitusiya qanunun 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Ombudsman öz illik məruzəsini ölkə Prezidenintə təqdim edir və Milli Məclisin qarşısında çıxış edir. Yəni Konstitusiyaya əsasən, Ombudsmanın bütün komitə iclaslarına gəlməsi kimi bir öhdəlik yoxdur. Qeyd edim ki, martın 7-də Səbinə xanım Milli Məclisin Plenar iclasında olacaq və istənilən suallara cavab verəcək".